Icma.az
close
up
RU
Hüquqşünas Kovalik hesab edir ki, Rusiya Qərblə dialoqa hazır olduğunu nümayiş etdirir

Hüquqşünas Kovalik hesab edir ki, Rusiya Qərblə dialoqa hazır olduğunu nümayiş etdirir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ABŞ-ın hərəkətlərinə baxmayaraq, Qərblə dialoqa və nüvə müharibəsinin qarşısını almağa hazır olduğunu nümayiş etdirir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində amerikalı hüquqşünas və Pittsburq Universitetinin müəllimi, dəfələrlə Donbasa səfər etmiş və BMT-də çıxış edən Daniel Kovalik bildirib.

“Sergey Lavrovun bu müsahibəsi göstərir ki, Rusiya ABŞ-da dediyimiz kimi, “otaqdakı böyükdür”. Qərblə əməkdaşlığa hazırdır və nüvə müharibəsindən qaçmaq istəyir. Qəribədir ki, Qərbin əks əhval-ruhiyyədə olduğu görünür: o, Rusiyanın haqlı narahatlığını nəzərə almaq istəmir və faktiki olaraq qarşıdurmaya səbəb olur”, - deyə Kovalik qeyd edib.

Vəkil onu da vurğulayıb ki, Co Bayden administrasiyasının Ukraynaya uzaqmənzilli raketlərin tədarükünə razılıq verməklə bağlı son qərarı, həmçinin nüvə silahının göndərilməsi ilə bağlı müzakirələr münaqişənin gərginləşməsinə səbəb ola bilər. “Bu hərəkətlər qırmızı xətləri keçir. ABŞ başa düşməlidir ki, bu, böyük fəlakətə gətirib çıxara bilər”, - deyə o əlavə edib.

Kovalik ümid etdiyini bildirib ki, ABŞ hökumətində və digər Qərb ölkələrində faciəvi nəticələrin qarşısını almaq üçün Rusiyanın təklif etdiyi “barış əli”ni qəbul etməyə hazır olan rasional liderlər olacaq.

Amerikalı jurnalist Taker Karlsonun Rusiya xarici işlər naziri Sergey Lavrovla müsahibəsi dekabrın 6-na keçən gecə dərc olunub və artıq "X"də 2 milyondan çox baxış toplayıb. Lavrovun Karlsonla söhbəti təxminən bir saat yarım davam edib. Bu müddət ərzində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna böhranının mümkün həlli yolları, "Oreşnik"dən istifadə və Qərblə qarşılıqlı fəaliyyət imkanları ilə bağlı sualları cavablandırıb. Karlson sonuncu dəfə fevral ayında Rusiya prezidenti Vladimir Putinlə müsahibə üçün Moskvaya gəlmişdi.

Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının dünən keçirilən iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışı Daniel Kovalikin fikirlərinin tamamilə əksini göstərib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri