Ermənistan Qərblə Rusiya arasında manevr edir GƏLİŞMƏ
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə, eləcə də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə "Yunaşev.Live" üçün verdiyi müsahibədə bildirib.
"Ermənistanın səsvermə, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu barədə qərar qəbul edilib", - deyə o bildirib.
Kremlin nümayəndəsi qərarın Ermənistanın artıq bir neçə ildir ki, öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar qəbul olunduğunu qeyd edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin artıq KTMT-də maraqlı olmadığını bəyan edib.
Onun sözlərinə görə, İrəvanın "KTMT-yə marağı tükənib".
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi İrəvanın təşkilat daxilində üzləşdiyi siyasi və institusional problemlərin daha aydın ifadəsidir.
Onun sözlərinə görə, bu hadisəyə sadəcə maliyyə borcu ilə bağlı texniki məsələ kimi yanaşmaq düzgün olmaz:
“Ermənistanın son illərdə KTMT-yə münasibəti, təşkilatın fəaliyyətində iştirakını məhdudlaşdırması və təhlükəsizlik siyasətində alternativ istiqamətlər axtarması Moskva ilə İrəvan arasında münasibətlərin əvvəlki məzmununu dəyişib. Moskvanın atdığı bu addımın siyasi tərəfi ondan ibarətdir ki, Ermənistan artıq təşkilatın qərarlarının qəbulunda əvvəlki iştirak imkanlarına malik deyil. Bununla belə, səsvermə hüququnun məhdudlaşdırılması Ermənistanın KTMT-dən avtomatik çıxarılması demək deyil. Hazırkı mərhələdə əsas məsələ üzvlükdən çıxarılma deyil, İrəvanın təşkilat daxilində siyasi təsir imkanlarının zəifləməsidir”.
Politoloq xatırladıb ki, Ermənistan hakimiyyəti bir tərəfdən KTMT ilə münasibətləri faktiki olaraq dondurur, digər tərəfdən Avropa İttifaqına inteqrasiya istiqamətində siyasi addımlar atır:
“İrəvanın Qərblə yaxınlaşma siyasəti Moskva ilə münasibətlərdə etimad problemini daha da dərinləşdirir. Bu proses artıq sadəcə diplomatik ritorika deyil, Ermənistanın təhlükəsizlik və xarici siyasət prioritetlərinin dəyişməsi ilə müşayiət olunur. Avrasiya İqtisadi İttifaqı ilə bağlı vəziyyət isə KTMT-dən fərqlidir. Burada Ermənistanın təşkilatdan avtomatik uzaqlaşdırılması ehtimalını qəti şəkildə irəli sürmək doğru olmaz. Çünki Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün mühüm iqtisadi bazar, ticarət və əmək miqrasiyası imkanları deməkdir. Rusiya ilə iqtisadi əlaqələrin miqyası İrəvanın bu platformadan ayrılmasını siyasi qərardan daha mürəkkəb prosesə çevirir”.
O qeyd edib ki, İrəvan həm Moskva, həm də Brüssellə münasibətləri qoruyub saxlamaqda çətinlik çəkəcək:
“Bununla belə, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləməsi ilə Avrasiya İqtisadi İttifaqındakı öhdəliklərini uzun müddət paralel şəkildə davam etdirməsi ciddi ziddiyyətlər yarada bilər. Çünki bu iki inteqrasiya modelinin gömrük, ticarət və iqtisadi tənzimləmə mexanizmləri bir-birindən fərqlənir. İrəvanın qarşısında müəyyən mərhələdə konkret geosiyasi və iqtisadi seçim zərurəti yarana bilər.
Mənzərənin əsas xüsusiyyəti budur ki, Ermənistan Qərblə siyasi yaxınlaşmanı genişləndirmək, eyni zamanda Rusiya ilə iqtisadi əlaqələrini qorumaq istəyir.
Lakin bu iki istiqaməti uzun müddət eyni intensivliklə davam etdirmək asan olmayacaq. Moskva da İrəvanın xarici siyasət kursundakı dəyişiklikləri cavabsız qoymaq niyyətində olmadığını institusional addımlarla nümayiş etdirir”.
O bildirib ki, Ermənistan üçün Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq getdikcə çətinləşir:
“Beləliklə, yaxın perspektivdə Ermənistanın KTMT-dən dərhal çıxarılmasından daha çox, təşkilat daxilində real iştirakının və siyasi təsir imkanlarının zəifləməsi gündəmdə qala bilər. Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələdə isə iqtisadi maraqlar və qarşılıqlı öhdəliklər prosesi daha mürəkkəb edir. İrəvanın qarşısında duran əsas məsələ Qərblə yaxınlaşmanın siyasi dividendlərini Rusiya ilə münasibətlərin iqtisadi və təhlükəsizlik nəticələri ilə uzlaşdırmaqdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Ermənistan Tural İsmayılov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Noyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















