Icma.az
close
up
RU
Hürriyyət də dərc olunan yazıya 6 nömrəli poliklinika rəhbərliyindən REAKSİYA / YENİLƏNİB

Hürriyyət də dərc olunan yazıya 6 nömrəli poliklinika rəhbərliyindən REAKSİYA / YENİLƏNİB

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hurriyyet.az saytında dərc olunan “6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur” sərlövhəli yazıya qarşı tərəfdən reaksiya verilib. 6 nömrəli Şəhər Poliklinikası tərəfindən redaksiyamıza daxil olan məktubu olduğu kimi dərc edirik:

“Sizin onlayn platformanızda 6 nömrəli Şəhər Poliklinikası ilə bağlı yayımlanmış məlumatla əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz informasiya realıqdan  uzaqdır və əvvəlcədən tam araşdırılmadan dərc olunmuşdur.

Xüsusilə qeyd etmək istəyirik ki, Aynur Novruzova mövcud qanunvericilik və daxili normativ sənədlərə əsasən, ictimai vəzifədən azad olunmuşdur. Hazırda o, ştat cədvəlinə və əmək müqaviləsinə əsasən   tibbi qeydiyyatçı vəzifəsində fəaliyyətini davam etdirir.

Yaranmış yanlış təəssüratların qarşısını almaq və ictimaiyyətdə çaşqınlığa yol verilməməsi məqsədi ilə Sizdən xahiş edirik ki, qeyd olunan məlumatı platformanızdan təkzib edəsiniz  və gələcəkdə bu kimi məlumatların dərcindən əvvəl müəssisəmizlə əlaqə saxlayasınız.

Əməkdaşlığınıza və anlayışınıza görə təşəkkür edirik”.

Hurriyyet.az

*** 2025-06-14 11:26:32

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Bakı şəhər 6 nömrəli poliklinikanın baş həkimi Nərmin Qasımova işçilərə təzyiq edir.

Hurriyyet.az xəbər verir ki, 6 nömrəli poliklinikasında tibb qeydiyyatçısı - kargüzar vəzifəsində çalışan Novruzova Aynur Çingiz qızı şikayətində bildirir ki, poliklinika baş həkimi Nərmin Qasımova tərəfindən ona qarşı qeyri-obyektiv və şəxsi münasibətə əsaslanan ayrı-seçkilik və təzyiqlərlə üzləşirəm.

Aynur Novruzova qeyd edir ki, son aylarda poliklinikaya yeni təyin olunan baş həkim baş həkim dəfələrlə açıq şəkildə "səninlə işləmək istəmirəm" deyərək məni təhdid etmiş, işimdən uzaqlaşdırmağa çalışmışdır. Hətta səbəb göstərilmədən "işini təhvil ver" tələbini irəli sürmüşdür. Bu münasibət mənim psixoloji və fiziki sağlamlığıma ciddi zərbə vurmuş, stress səbəbilə 12.06.2025-ci il tarixində təcili tibbi yardıma müraciət etmişəm.

Yuxarıda olanlardan savayı poliklinikada olan baş həkimin müavinləri ilə olan intriqasında məndən istifadə etmək istəyir. Dəfələrlə mənə "mən dediyimi etməsəm sənə təzyiq göstərəcəm demişdir". Nərmin Qasımovanın mənə göstərdiyi təzyiqlə saxtakarlıqda iştirak etmədiyim üçün 12.06.2025 tarixində məni otağına çağıraraq qeyri-etik, üstümə qışqıraraq məni işdən çıxarmaqla hədələdi.

Nərmin Qasımova eyni hədə-qorxunu kadrlar şöbəsinin mütəxəssisi Arzu Məmmədovaya da etmişdir. Arzu Məmmədova hamilə olmasına baxmayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onu da işdən çıxartmaqla hədələmişdir.

Nərmin Qasımova özü ilə daha öncə (cəmisi bir neçə ay işlədiyi) 46 saylı poliklinikadan gətirdiyi tibb qeydiyyatçısı və tibb bacısı vasitəsilə işimə müdaxilə olunur, mənfi atmosfer yaradılır və mənə qarşı iş yerində peşəkar təcrid siyasəti aparılır. Açıq şəkildə bildirir ki, hamı gələndə öz adamlarını ətrafına yığır.

6 nömrəli poliklinika dövlət müəssisəsi olmasına baxmayaraq Nərmin Qasımova səhiyyə ocağını özünün şəxsi klinikası kimi idarə edir.

Müəssisədəki vəzifə öhdəliklərimi layiqincə yerinə yetirsəmdə, baş həkim tərəfindən davamlı olaraq ciddi qanun pozuntularına, etik prinsiplərin tapdanmasına və əmək hüquqlarımın pozulmasına şahid oluram.

Poliklinikanın baş həkimi Nərmin Qasımova tərəfindən poliklinikanın baş həkiminin müavini Samirə Rəhimovanın əleyhinə saxta aktların tərtib edilməsi, bu aktlara yalnız özünün imza atması, məndən və digər əməkdaşlardan isə hədə-qorxu ilə imza tələb olunmasını təzyiqi göstərmişdir.

Baş həkimin müavini Samirə Rəhimovanın xəbəri və razılığım olmadan onun adının müxtəlif sahələr üzrə məsul şəxs kimi rəsmiləşdirilməsi, bu barədə ona heç bir məlumat verilməməsi və bu məlumatların ondan gizlədilməsi məqsədilə kadrlar şöbəsinin mütəxəssisi Arzu Mamedova və mənə təzyiqlər göstərmışdir.

Həmçinin tez-tez “poliklinika mənimdir, necə istəyirəm elə edirəm, heç kimdən qorxacağım yoxdur, mənim arxamda “müəyyən” adamlar durur” kimi ifadələr səsləndirərək həm əməkdaşlara, həm də strukturun idarəetməsinə təsir göstərməsi, digər şəxslərin nüfuzundan istifadə etməklə təzyiq və hədə-qorxu gələrək qanunsuz davranışlarına haqq qazandırmışdır.

Qeyd olunan halların əmək qanunvericiliyinə və etik qaydalara zidd olduğunu nəzərə alaraq, vəziyyətin obyektiv şəkildə araşdırılmasını, hüquqlarımın müdafiəsini və mənə qarşı ayrı-seçkilik hallarının aradan qaldırılmasını xahiş edirəm.

Aynur Novruzova xahiş edir ki, aidiyyatı qurumlar Nərmin Qasımovanın etdiyi özbaşınalığa, işçiləri hədələməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə son qoyulmasına yardımçı olsunlar.

Qeyd edilən hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və digər normativ-hüquqi aktların kobud şəkildə pozulması ilə yanaşı, tibb müəssisəsində vətəndaşların və işçilərin hüquqlarını ciddi şəkildə zədələyir.

Aynur Novruzova bildirir ki, mənə kargüzarlıq işi həvalə olunmuşdu, baş həkim dedi ki, aktı imzalasan sənə təzyiq göstərəcəm. İmza atdığıma görə əsassız olaraq, şəxsi zəmində, bu gündən mənə həvalə olunan kargüzar vəzifə səlahiyyəti əlimdən alınıb, qeydiyyatçı kimi işə davam etdirməyi tapşırıb.

AzFakt.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri