Icma.az
close
up
RU
“Hurriyyet TV”nin ofisində aparılan əməliyyatın DETALLARI

“Hurriyyet TV”nin ofisində aparılan əməliyyatın DETALLARI

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin ofisində keçirdiyi əməliyyatın detalları məlum olub.

Turkustan.az xəbər verir ki, adıçəkilən redaksiyaların yaydığı məlumata görə, əməliyyat axşam saaat 18:00 radələrində keçirilib.

Nəticədə “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Tofiq oğlu Məmmədov saxlanılıb.

Belə ki, DTX-nın təxminən 10 nəfərə yaxın əməkdaşı V.Məmmədovun dünən axşam saat 18:00-da “Hurriyyet TV”-də apardığı veriliş bitər-bitməz internet telekanalının ofisinə daxil olublar. Onlar ofisdə axtarış apardıqdan sonra “Hurriyyet TV”-yə məxsus bütün avadanlıqları da özləri ilə aparıblar.

Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib.

Bildirilib ki, V.Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 26 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb.

“Baş redaktorun hansı səbəbdən saxlanıldığı haqda hələ heç bir rəsmi və ya qeyri-rəsmi ittiham yoxdur. “Hürriyyət” olaraq, bəzi saytların V.Məmmədovun saxlanılmasının “Ramiz Mehdiyev işi” ilə əlaqələndirməsinə qəti etiraz edir və bu mülahizələrin tamamilə qərəzli və məqsədyönlü olduğunu bəyan edirik. Ən azı ona görə ki, Vüqar Məmmədova bir neçə ay öncədən bəzi dövlət orqanları tərəfindən, fəaliyyətini dayandırmayacağı təqdirdə, həbs olunacağı ilə bağlı xəbərdarlıq edilmişdi.

Gün ərzində “Hürriyyət”in baş redaktorunun həbsinin səbəbləri ilə bağlı əlavə məlumat verməyə çalışacağıq. Bütün həmkarlarımızdan xahiş edirik ki, dəqiqləşdirilməmiş məlumat yaymaqdan çəkinsinlər”, - açıqlamada bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see325

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see189

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see150

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see126

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see124

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri