Icma.az
close
up
RU
“Hurriyyet TV”nin ofisinin açılması ilə bağlı DTX rəisinə MÜRACİƏT

“Hurriyyet TV”nin ofisinin açılması ilə bağlı DTX rəisinə MÜRACİƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hürriyyət” qəzetinin baş direktoru Cəsur Məmmədov “Hurriyyet TV”nin ofisinə vurulan möhürün açılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevə müraciət edib. Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:

“Cənab Nağıyev!

Məlumunuz olduğu kimi, 29 noyabr 2025-ci il tarixində “Hürriyyət” qəzetinin baş redaktoru və “Hurriyyet TV”-nin aparıcısı Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçiridiyi əməliyyatla saxlanılıb.

DTX əməkdaşları əməliyyat çərçivəsində baş redaktorun Nizami rayonunda kirayə yaşadığı evlə yanaşı, “Hurriyyet TV”-nin ofisində axtarış aparıb, yekunda internet telekanalına məxsus avadanlıqları və digər zəruri sənədləri də özləri ilə aparıblar. Bundan təxminən bir neçə saat sonra isə “Hürriyyət”in əməkdaşlarının xəbəri və iştirakı olmadan “Hurriyyet TV”-nin ofisi DTX əməkdaşları tərəfindən möhürlənib.

Cənab General-polkovnik!

Diqqətinizə çatdırım ki, hazırda “Hurriyyet TV”-nin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı rəsmi qərar yoxdur. Üstəlik, onu da nəzərə alsaq ki, həmin ofisdə “Hurriyyet TV” ilə yanaşı, “Ulu TV” də yerləşir və ofisin möhürlü qalması hər iki internet telekanalının fəaliyyətinin dayandırılması ilə yanaşı, bu kanallarda çalışan 5 nəfər əməkdaşın da işsiz qalmalarına səbəb olub. Hansı ki, bu əməkdaşlar “Hurriyyet TV” və “Ulu TV” fəaliyyət göstərdiyi müddətdə “Youtube” tərəfindən redaksiyaya ödənilən vəsait hesabına ailəllərinə çörəkpulu aparırdılar.

Bununla yanaşı, sözügedən internet telekanallarının ofisinin möhürlənməsi nəticəsində kirayə götürülən avadanlıqlar da içəridə qalıb ki, hər ay onların sahiblərinə təxminən 1000 manat, qapalı qalan ofisə görə isə ayrıca 1500 manat kirayə haqqı ödməyə məcburuq. Lakin hazırda istər “Hurriyyet TV”, istər də “Ulu TV” faktiki olaraq fəaliyyətsiz buraxıldığından, həmin vəsaitləri ödəmək imkanımız yoxdur.

Bu baxımdan, Sizdən xahiş edirik ki, “Hurriyyet TV”-nin fəaliyyətini bərpa edə bilməyimiz üçün ofisin qapısına vurulan möhürün açılmasına göstəriş verəsiniz.

Sizə öncədən kollektivimiz adından təşəkkür edirik”.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri