Husilərin hava blokadası planı: İsrailin hava limanları təhlükədə
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Yəməndəki üsyankar “Ənsar Allah” hərəkatına bağlı husilər İsrailə qarşı hava blokadası tətbiq etmək niyyətindədir. Onlar bu məqsədlə İsrailin hava limanlarını, o cümlədən əsas beynəlxalq hava limanı olan Ben Qurionu hədəf almağı planlaşdırırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriyə üsyançılara məxsus “Al Masirah” telekanalına açıqlamasında bildirib.
“İsrailin Qəzza zolağında təcavüzkar əməliyyatlarını genişləndirmək qərarına cavab olaraq silahlı qüvvələrimiz İsrailə qarşı tam hava blokadası tətbiq etməyə çalışacaq. Bunun üçün bir neçə hava limanına, ilk növbədə Lod şəhərində yerləşən və Ben Qurion kimi tanınan hava limanına zərbələr endiriləcək”, – deyə, o vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 May 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















