Icma.az
close
up
RU
Husilərin raket hücumundan sonra İsrailin hava limanı yenidən açılıb VİDEO YENİLƏNİB

Husilərin raket hücumundan sonra İsrailin hava limanı yenidən açılıb VİDEO YENİLƏNİB

Icma.az, Apa.az saytına istinadən bildirir.

2025-ci il mayın 4-də Yəməndən buraxılan raket İsrailin Ben-Qurion Beynəlxalq Hava Limanının yaxınlığında partlayıb.

APA xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketin qalıqları hava limanının ətrafında qeydə alınıb və hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə nəticəsində hava limanının uçuş və enişləri müvəqqəti olaraq dayandırılıb, lakin daha sonra normal fəaliyyət bərpa edilib. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Raket hücumu zamanı hava limanının yaxınlığında yerləşən əraziyə ziyan dəyib və bir neçə nəfər yüngül xəsarət alıb. İsrailin "Magen David Adom" təcili yardım xidməti tərəfindən yaralılara yardım göstərilib.

Yəməndəki Husi üsyançıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bu hücumu Qəzzada baş verən hadisələrə cavab olaraq həyata keçirdiklərini bildiriblər.

İsrail Müdafiə Naziri İsrael Katz hadisəyə sərt cavab veriləcəyini və İsrailə zərər vuranlara yeddiqat zərbə endiriləcəyini bəyan edib.

Bu hücum, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməyi planlaşdırdığı bir vaxtda baş verib və bölgədəki gərginliyi daha da artırıb.

***

12:11

Bu gün Yəməndən atılan ballistik raket İsrailin Ben-Qurion Beynəlxalq Hava Limanının yaxınlığında partlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin bir neçə müdaxilə cəhdinə baxmayaraq, raket hava limanı ərazisinə düşüb. Hadisə nəticəsində üç nəfər yüngül xəsarət alıb .

Raketin partlaması nəticəsində hava limanında uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb, əraziyə giriş-çıxış məhdudlaşdırılıb. Hadisə zamanı hava limanı ərazisində panika yaranıb .

Bu hücum, Yəməndəki İran tərəfindən dəstəklənən Husi üsyançılarının İsrailə qarşı son günlərdə həyata keçirdiyi bir neçə raket hücumundan biridir. Husilər, İsrailin Qəzzada hərbi əməliyyatlarını dayandırmaması səbəbilə bu hücumları həyata keçirdiklərini bildirirlər.İsrail rəsmiləri, hücumun arxasında İranın dayandığını və bu cür hücumların ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıblar. Hadisə ilə bağlı araşdırmalar davam edir .

Bu hadisə, bölgədəki gərginliyin artdığını və İsrailin hava məkanının təhlükəsizliyinin təhdid altında olduğunu göstərir.

https://t.me/apa_az/97541

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 May 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri