ABŞ dan husilərin İsrailin hava limanını vurmasına sərt cavab verdi Yəmənə hava zərbələri endirilib
Icma.az bildirir, Mia.az portalına istinadən.
ABŞ ötən gecə Yəmənin paytaxt Səna və ölkənin şimalındakı Səada şəhərinə hava zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama yayıblar.
"Husi Əl Məsir"ə televiziyasının xəbərinə görə, döyüş təyyarələri paytaxt Sənanın müxtəlif bölgələrinə 6 hava hücumu həyata keçirib: "Sənanın Beni Həşiş rayonunun əl-Malik, Şuub, Saavan bölgələri, həmçinin ölkənin şimalındakı Səada şəhərinin şərqinə 3 hava hücumu olub.. Bu, cavabsız qlamayacaq..."
Məlumatda itkilər barədə məlumat verilməyib.
Xatırladaq ki, husilər dünən İsrailə qarşı hərtərəfli hava blokadası tətbiq edəcəklərini açıqlayıb və beynəlxalq hava yollarını İsrailə uçuşları ləğv etməyə çağırıblar. Bundan sonra husilər ballistik raketlə İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanını vurub. Hücumdan sonra limanda təyyarələrin eniş və qalxması dayandırılıb və raketin düşdüyü ərazidə 15 metr enində çuxur yaranıb.
İsrail hücumda 4 nəfərin yüngül və orta dərəcədə yaralandığını açıqlayıb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 May 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















