“Hyundai” 145 min elektromobili geri çağırır
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəlliif:Ayşən İmanova/Banco.az
Koreyanın “Hyundai” şirkəti ABŞ-də 145 min elektriklə işləyən avtomobili idarə edərkən mümkün enerji itkisi riskinə görə geri çağıracaq.
Banco.az xəbər verir ki, bu barədə “motor1.com” ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
Qeyd olunub ki, avtomobillərdə quraşdırılmış şarj etmənin idarəetmə blokunun zədələnməsi ilə bağlı problem aşkarlanıb. Bu qüsur 12 voltluq batareyanın doldurulmasının qəfil dayanmasına və güc qabiliyyətinin itirilməsinə səbəb ola bilər ki, bu da qəzalarla nəticələnmə riskini artırır.
Söhbət “IONIQ 5” və “IONIQ 6” modellərindən, həmçinin 2022-ci ildən 2025-ci ilə qədər buraxılan elektrikləşdirilmiş “Genesis GV60”, “GV70” və “G80” modellərindən gedir.
Zədələnmiş komponentlərin dəyişdirilməsi üzrə bütün işlər pulsuz həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















