İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Dünən axşam Amerika Birləşmiş Ştatları ilə İran arasında razılaşmanın əldə olunmasına dair xəbərlər hamımız tərəfindən məmnunluqla qarşılandı. Amma təmkinli gözlənti içindəyik".
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın sosial media hesabında paylaşım edib.
O bildirib ki, qarşıdakı mərhələdə əsas məsələlərin müzakirə olunacağı çətin danışıqlar prosesi gözlənilir.
"Qarşıdakı mərhələdə danışıqlarda əsas məsələlərin müzakirə ediləcəyi, mübahisə olunacağı və razılaşdırılacağı çətin bir proses olacaq”, – deyə Kalın qeyd edib.
MİT rəhbəri bu prosesə dəstək verən ölkələrə də təşəkkür edib.
“Başda Pakistan və Qətər olmaqla, bu məsələdə qətiyyət nümayiş etdirən bütün ölkələri və liderlərini təbrik edirik. Ümid edirik ki, bundan sonrakı mərhələ sülhün qurulmasına xidmət edəcək və Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün mühüm addım olacaq”, – deyə o vurğulayıb.
Baxış sayı:149
Bu xəbər 15 İyun 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















