Bengü boşanması ilə bağlı: “Evlilikdə uğursuz oldum”
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Bengü 2024-cü ildə Selim Selimoğlu ilə evliliyi barədə danışıb.
“Yeni Sabah” xəbər verir ki, türkiyəli müğənni İbrahim Selimin “Bu gece” proqramında qonaq olarkən ailə həyatı və boşandıqdan sonrakı həyatından dair deyib:
“Qoç bürcü olduğum üçün bacarmadığım bir şey olmamalıdır. Amma evlilikdə uğursuz oldum. Biz çox tez valideyn olduq. Evləndikdən 3 ay sonra Zeynəbə hamilə qaldım. O, çox sevdiyim insandır, uşaqlarımın atasıdır. Amma evlilikdə daha uğurlu olmağı çox istərdim”. pizza mizza
Müğənni boşandıqdan sonra telefon nömrəsini tez-tez dəyişdiyini də söyləyib. Sakit həyat tərzi keçirdiyini və dedi-qodunu sevmədiyini bildirən Bengü telefon kitabçasında cəmi 15 nəfərin olduğunu qeyd edib:
“Əvvəllər elə bilirdim ki, sevgi yalnız əks cinslə bağlıdır. Xüsusilə ana olduqdan sonra başqa bir sevgiyə keçirsən. Həqiqətən, o sevgidən üstün sevgi olmadığını anlayırsan”.
Baxış sayı:67
Bu xəbər 29 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















