Icma.az
close
up
RU
Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 2060-cı ilədək atmosferə atılan karbon emissiyalarının xalis sıfır səviyyəsinə endirilməsi hədəfi müəyyənləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarda 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, hazırda benzin mühərrikli maşınlar hibridlərdən olduqca ucuz satılır: pizza mizza

“Bu qərardan xəbərim var. Təbii ki, hədəfləri yaxşıdır, gözəldir. Amma burada hər şey gedişata bağlı olacaq.

İndi olmasa da, tədricən, yavaş benzin və dizellə işləyən avtomobilləri saxlamaq vətəndaşlar üçün çətinliyə çevrilə bilər. Hazırda ölkəyə gətirilən avtomobillərdə əks tendensiya müşahidə olunur.

Bu dəqiqə benzin mühərrikli maşın hibriddən daha ucuz gəlir. Çünki hibrid və elektromobillərlə bağlı stimullaşdırıcı qayda aradan qalxıb. Hazırda verilən qərarla o stimulun aradan qalxması bir-birinin əksidir.

Siz indi bazara getsəniz, eyni markalı avtomobilin benzin mühərriklisi hibridindən 5, 7 hətta 8 min manat daha ucuzdur. Müştəri də məhz ilkin emosiyadan qərar verir. Alıcı düşünür ki, niyə 8 min artıq pul verib hibrid alım ki? Elə benzin mühərrikli alıram da”.

Ekspert əlavə edib ki, hibrid benzin və dizelə nisbətən daha əlverişli alternativdir:

“Biz daxili bazardakı real vəziyyətə baxsaq, tendensiya tamamilə tərsinə gedir. Hibrid benzin və dizelə nisbətən daha əlverişli alternativdir. İnsanlar onsuz da hibrid maşınlara meyillənmişdi. Amma indi qiymətlər qalxdığı üçün, burada vəziyyət tərsinədir.

Elektromobillərə gəlincə, sürücülər arasında belə maşınlar artır. Amma bu maşınların da öz qayğıları var. Burada mental məsələləri də danmaq olmaz. Heç də hər adam elektromobil istəmir. Bəziləri bunu ikinci maşın kimi sürür.

Bir çoxlarının isə elektromobilləri saxlamaq üçün şəraiti yoxdur. Biz xidməti təyinatlı dövlət maşınlarını elektromobil görəndə, o zaman deyə bilərik ki, burada əməlli-başlı stimul var. Amma hələki belə bir nümunə yoxdur. 2060-a çox var. Amma hətta 2030-u hədəfləyən Avropa ölkələri belə bu məsələdə yüz faizlik nəticə tapmayıb”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri