Icma.az
close
up
RU
İbrahim Nəbioğlunun Gələcək çox tez gələcək kitabının təqdimatı olub

İbrahim Nəbioğlunun Gələcək çox tez gələcək kitabının təqdimatı olub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“LİBRAFF” kitab mağazaları şəbəkəsində Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının daimi təmsilçisi, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun "Gələcək çox tez gələcək" adlı kitabının təqdimat mərasimi keçirilib.

XQ xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin nümayəndələri, iş adamları, KİV mənsubları və digər qonaqlar iştirak ediblər. 

Mərasimi giriş nitqi ilə kitabın müəllifi İbrahim Nəbioğlu açaraq iştirkçıları salamlayıb, nəşrin məziyyətlərindən danışıb. Qeyd edib ki, “Gələcək çox tez gələcək” adlı kitabında gələcək barədə hikmətli fikirlər, bir sıra aforizmlər və həyat dərsləri yer alır. 

“Müasir dövrdə süni intellekt müəyyən mənada kitabları əvəz etsə də, bu əsər çox böyük əhəmiyyətə malikdir”, - deyən İbrahim Nəbioğlu vurğulayıb ki, yeni nəşrdə “Süni intellekt”, “Dünya 4.0”, “Tibb 4.0”, “Nobel mükafatının cazibəsi”, “Sapere Aude” adlı fəsillərdə oxucular üçün diqqətçəkən, maraq kəsb edən məqamlara yer verilib.  

O, nəşrin təqdimatının müəllimi və elmi rəhbəri olmuş akademik Azad Mirzəcanzadənin və atası professor Nəbi Yaqubovun doğum günü ərəfəsində keçirildiyini və onların unudulmaz xatirələrinə ithaf olunduğunu bildirib. 

Çıxışının sonunda müəllif nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib.

Sonra Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək İbrahim Nəbioğlunun əsərlərinin Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirdiyini söyləyib. Bildirib ki, “Gələcək çox tez gələcək” kitabı bir müddət kəsilmiş elmin populyarlaşdırılması ənənəsinin yenidən bərpası baxımından xüsusi önəm daşıyır və həmin ənənənin davamı kimi dəyərləndirilə bilər. 

Deputatın sözlərinə görə, ictimaiyyətə təqdim olunan yeni nəşr düşünməyi üstün tutan cəmiyyət üçün mühüm yaradıcı işdir və onun işıq üzü görməsi əhəmiyyətli hadisədir. Əsər oxuculara dünyanın hansı problemlərin həllində irəlilədiyini və hansı hədəflərə doğru istiqamətləndiyini xatırladır. Kitabda, həmçinin sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək fikir mübadiləsi aparmağın vacibliyi xüsusi vurğulanır. 

Fazil Mustafa bu kimi tədbirlərin cəmiyyətin kitaba olan maraq və bağlılığını daha da artırdığını söyləyib. Qeyd edib ki, oxucular bu əsəri mütaliə etməklə elmi və texniki biliklərini zənginləşdirərək intellektual dünyagörüşlərini genişləndirəcəklər.

Daha sonra çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı kitabın gələcəyə işıq salan yol xəritəsi kimi əvəzsiz dəyərə malik olduğunu vurğulayıb. O, İbrahim Nəbioğlunun həyat və yaradıcılıq yoluna nəzər salıb, müəllifin çoxşaxəli fəaliyyəti ilə seçildiyini söyləyib.

Kitabdakı yazıların bir çoxunun redaktoru olduğunu deyən Elçin Şıxlı yeni nəşrin Azərbaycan intellektual mühitində mühüm yer tutacağını bildirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb. 

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərli, türkiyəli iş adamı  Cemal Yangın, Salman Mümtazın nəvəsi, şərqşünas-alim Urxun Qalabəyli, İngiltərədə yaşayan azərbaycanlı şair Rauf Qaraişıq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, tanınmış jurnalistlər İlhamiyyə Rza, Aydın Can, Bahəddin Həzi və digərləri çıxış edərək nəfis tərtibatda hazırlanmış "Gələcək çox tez gələcək" kitabının elmin inkişafına xidmət göstərəcəyinə, gələcək nəsillər üçün dəyərli mənbə olacağına əminliklərini ifadə ediblər.

Natiqlər İbrahim Nəbioğlunun cəmiyyətdə uğurlu ictimai fəaliyyəti ilə seçildiyini, sosial şəbəkələrdə rəqəmsal texnologiyalar, süni intellekt və digər aktual mövzularda maarifləndirici çıxışlar edərək öz elmi biliklərini bölüşdürdüyünü vurğulayıblar.

Çıxışlarda İbrahim Nəbioğlunun müasir dövrdə Azərbaycan dilinin fəal müdafiəçisi, yenilikçi düşüncəli, gənclərə motivasiya verən ziyalı kimi tanındığı qeyd olunub.

Sonda İbrahim Nəbioğlu "Gələcək çox tez gələcək" kitabını oxucular üçün imzalayıb.

Qeyd edək ki, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov kitaba “Onun içərisindəki saat” başlıqlı “Ön söz” yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri