Icma.az
close
up
RU
İBRAHİM NƏBİOĞLUNUN “BESTSELLERİ”

İBRAHİM NƏBİOĞLUNUN “BESTSELLERİ”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Etibar ƏLİYEV

İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təbliğatı artıq hamını bezdirib. İbrahim Nəbioğlu kitabı şouya çevirir. Ciddi ölçüləri pozur, kitaba münasibəti dayazlaşdırır. Nə məsələdir? Nə baş verib?

Professor Həsən Quliyev, Rəhman Bədəlov, Qorxmaz Quliyev, Azad Mirzəcanzadə, Kamal Abdulla, Rafiq Əliyev, Qulu Məhərrəmli, Əkbər Nəcəf, Güntay Gəncalp, Aydın Balayev kimi elm adamlarının kitabları bir qıraqda qalıb, bir avantüristin kitabı ilə Azərbaycan cəmiyyətini məşğul ediblər.

Açığı Azərbaycanda elmin populyarlaşdırılamasının nümayəndəsi kimi bu kitab məni də maraqlandırdı. Aldım kitabı. İlk qənaətim: Nəbioğlu kəskin narsisizim xəstəliyinə tutulmuş birisidir. Narsistlərin kitabını oxumurlar. O, kitab haqqında təsəvvürləri cılızlaşdırır və təcrübəsiz oxucuları yanıldır. Onun bu kitabı gələcək yox, özü haqqındadır. Valter Benyaminin gözəl bir fikri var: “Əsl müəllif “mən”ini gizlətməyi bacarmalıdır”...

İbrahim Nəbioğlu sistem təfəkkürə malik olmadığına görə onun kitabı elmi ədəbiyyat sayıla bilməz. Kitabda istinadların mənbəyi göstərilmir; plagiatlıq açıq-aşkar görünür. Kitabın “Təhsilimiz, Ana dilimiz, gələcəyimiz” bölməsi müəllifin mətbuatda çap olunmuş məqalələrdir. Bu məqalələrdə özünün şəxsi nəzər-nöqtəsi ilə insanları təhdid edir. Bu, yolverilməzdir. Kitabın 24 səhifəsi Azad Mirzəcanzadə haqqındadır. Özünün təbliği üçün böyük alimin adından sui-istifadə edib. Azad müəllimin yanında boy atmağa çalışır.

Azad Mirzəcanzadənin İbrahim Nəbioğluna göz vurmaqlığı

Sitat: “Böyük dissident alim (?) Azad müəllimin sovetin müxtəlif yerlərindən, müxtəlif millətlərdən olan aspirantları vardı. Azad müəllim elmin gələcək inkişafı barədə danışarkən sənaye inqilablarını xatırlatdı və bir pauza verərək: “Baxın, sənaye inqilablarının üçü də eyni coğrafiyada baş verib”,-dedi. Oturduğum partanın yanından keçərkən mənə göz vuraraq Azərbaycan dilində: “Deyə bildim? - dedi. O baxışlarını heç unutmuram”. Demək istəyir ki, Azad müəllimin arada göz vurmağı da var imiş.

İbrahim Nəbioğlunun fraktallar yalanı

Yazır: “Azad müəllim fraktalları izah edərkən birdən geri dönüb gözləri ilə məni tapdı. Fraktalın nə olduğunu bilirsinizmi? –soruşdu”. İbrahim Nəbioğlu fraktal anlayışını izah edə bilməzdi. O dövrlər bu anlayışı Benua Mandelbrot ortaya atmışdı. Oxucu üçün bu anlayışı maraqlı etmək üçün onun mənasını vermək lazım idi. Nəbioğlunun məqaləsindən görsənir ki, “fraktal” anlayışını kitabda da izah edə bilmir. Bir yerdə sinergetikanın mühüm anlayışı olan “bifrukasiya” anlayışının adını çəkir. Təəssüflər olsun ki, bu anlayışın da mənasını oxucuya izah edə bilmir.

Azad müəllimin adından sui-istifadə etmək əxlaq normalarına uyğun gəlmir. Bu nəhəng alimin davamçıları var. Kimlər ki, elmdə onun yolunu gedibsə davamçılar onlardır. İbrahim Nəbioğlu Azad müəllimin dərs dediyi minlərlə tələbənin biridir, lakin böyük alimin elmindən üz döndərərək jurnalistikaya üz tutub. Məqələlərində hər dəfə Azad müəllimin adını çəkməklə təfəkkürünə elmi don geyindirməyə çalışır.

Kitabın böyük bir hissəsi illər üzrə internetdə yer alan Nobel mükafatı laureatları haqqındadır. Bunlar informasiya xarakterli internet məlumatlarıdır. Bu məlumatları kitaba daxil etmək elmi yenilik deyil, plagiatlıqdır...

İbrahim Nəbioğlunun erməni sevgisi

İbrahim Nəbioğlu “Dolma və silikon” məqaləsində Armen Sarqisyanın timsalında ermənilərin İT sahəsində qazandığı uğurlardan yazır. Sitat: “Ermənistanın sabahlarının açarı onu beyin gücüdür (?) ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə, Ermənistan MDB ölkələri arsında adambaşına düşən ixtira sayına görə birincidir. Ermənilər öz qurtuluş yolunu elmdə, yeni texnologiyalarda görür və bunun üçün də sistemli fəaliyyət göstərir. Əllərində məhdud maliyyə imkanlarını modern gənclər yetişdirməyə xərcləyir”. Ermənilər nəyi ixtira edib? Bu ölkənin universitetləri reytinqlərdə ən aşağı yerlərdə qərarlaşıb.

“Onlara qibtə edirəmmi?” essesində (səh 228) İ. Nəbioğlu yazır: “Ermənilər sevinirlər. Həm də çox. Və buna haqları da var. Erməniəsilli alim dünyanın ən prestijli mükafatına – Nobelə layiq görülüb. Söbət Livanın payraxtı Beyrutda bir erməni ailəsində doğulan Ardem Pataputyanın fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülməsindən gedir”.

Nəbioğlu davam edir: “Ermənilər sevinirlər. Onlara qibtə edirəmmi? Edirəm, həm də çox. O qədər çox ki sözlə ifadə edə bilmirəm. İstəyirəm bizdən də belə alimlər çıxsın. İstəyirəm biz də elm tarixinə düşək. Tədrislə, təhsilin dili ilə bağlı fikirlərimdə nə qədər haqlı olduğumu görürəm yenə...”

İbrahim Nəbioğlu anlamır ki, Pataputyan heç Ermənistanın üzünü görməyib. 300-dən çox yəhudi Amerika elm mühitində Nobelə layiq görülüb. Ermənini kitaba salmağa nə ad qoymaq olar?

Kitabın 6-cı fəslində “Nobel mükafatı cazibəsi” başlığı altında dərc olunan məqalələr internet materiallarıdır. Təhlil yoxdur. Mənbə göstərilmir, 48 səhifə plagiatdır. Hamının bildiyi informasiyalardır. İbrahim Nəbioğlu belə bir kitabla Azərbaycan cəmiyyətini ovsunlaya bilibsə, vallah qoçaq adamdır.

Adam bəs haralı olar?

Bu məqaləsində İbrahim müəllim Şimali Amerika alimlərinin daha çox elm sahələri üzrə Nobelə layiq görülmələrinin səbəbini izah edə bilməyib. Problemdən tam məlumatsızdır. Oxucunu çaşdırır. Bu məqalədə bircə maraqlı məqam var. İzah edə bilməyəndə məlum ləhcəyə müraciət edib: “Ağrın alem, bə adam haralı olar?!”

Erməni əsilli Daron Əcəmoğlunu da xeyli tərifləyib. Bu fonda biz azərbaycanlıları həqarət edib. Sitat: “Bizim Tolstoyevski isə balasını rusca oxudur, uşaq məktəbə sanki 11 illik rus dili kurslarına gedir. 170 balla universitetə girir, 4 il ayaq döyür, başında yellər, əlində bir kağız parçası məzun olur...”

Zəruri qeyd: Kitabda böyük alimlər və filosoflar haqqında verilən məlumatlar çox bəsitdir. Mətnlər arasında məntiqi əlaqə yoxdur.

İbrahim Nəbioğlunun kitabına kitabxanamda yer tapa bilmədim. Elsonun Bukinistinə verəcəm. Əsl Bukinistlik kitabdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri