Icma.az
close
up
RU
Gələcək çox tez gələcək

Gələcək çox tez gələcək

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oxumağa tələsdiyim, Azərbaycanda bestseller sayılan "Gələcək çox tez gələcək" kitabını axır ki, əldə edə bildim. İbrahim Nəbioğlunun təqdim etdiyi bu mükəmməl yaradıcılıq nümunəsi onun həm siyasi, həm elmi, həm də ictimai xadim kimi dünyaya baxış fəlsəfəsini ortaya qoyur. Müəllimi və elmi rəhbəri akademik Azad Mirzəcanzadənin əziz xatirəsinə həsr edilən bu kitab Con Qolsuorsinin "Gələcək haqqında düşünməyənlərin gələcəyi olmayacaq" fikri ilə başlayır. Akademik Rafael Hüseynovun "Onun içindəki saat" düşüncəsi ilə qiymətləndirilən ön sözdə kitab fəlsəfəsi ilə övladdan daha artıq olmaqla müəllifə qazandırdığı əbədiyyət fikirləri ilə qiymətləndirilir, içindəki saatın heç durmayacağı, nəşrlərin davamının gələcəyi ümidi ilə yekunlaşır.

Kitab başdan-başa bir həyat məktəbidir, burada hər kəs özünə lazım olanı tapa və öyrənə bilər. Külliyyat "Gələcəyə futuristik səyahət", "Təhsilimiz, ana dilimiz, gələcəyimiz", "Sapere Aude", "İstedad və dahilik", "Azad Mirzəcanzadə: "Deyə bildim?", "Nobel mükafatının cazibəsi", "Atatürk və Eynşteyn", "Dünya 4.0", "Əzəldən belədir çünki kainat", "Tibb 4.0" adlı on bölməyə sığan elm, təhsil, astrofozika, kosmos, raket texnologiyaları, süni intellekt, ana dili, modern tenoloji inkişafla bağlı publisistik məqalələr toplusudur. Kitab həm də jurnalistika məktəbidir. Hadisələri nəqletmə bacarığı İbrahim bəyin publisistik qələminin peşəkarlığını, gündəmdə olan mövzuları milli maraqlar mövqeyindən təhlili isə vətəndaşlıq möveyini ortaya qoyur. Bu da külliyyatın azərbaycanşünaslıq baxımından əhəmiyyətini və önəmini ortaya qoyur. Külliyyat kürəsəl mövzularla məhdudlaşmır, eyni zamanda insanları kainatın gizli sirlərini çözməyə, qalaktikanın bizə görürən və görünməyən tərəflərini də kəşf etməyə vadar edir.

Kitab gələcəyi qurmaq və görmək istəyənlərə bir çağırışdır. Gələcəyə gedən yol isə ancaq elm öyrənməkdən, inkişaf etməkdən, öz milli kökünə bağlı qalıb dünyəviləşməkdən, kürəsəlləşməkdən və qalaktikada izi qalan bir zərrə olmaqdan keçir. Müəllif kitabın nəşri ilə bağlı feysbukda yazdığı statusda Borxesin "Tiön, Ukbar, Orbis Tertius" adlı hekayəsindən sitat gətirərək yazır: "Təbii olaraq bütün əsərlər ancaq bir müəllifin - zaman xaricində olan və imzasız birinindir".

Görkəmli mistifikatora görə, bütün bədii əsərlər əslində bir "universal müəllif"in əsərləridir... İbrahim Nəbioğlu düşüncələrini Borxesin "yazarlar daha çox kollektiv yaddaşın, miflərin, arxetiplərin daşıyıcısıdır, onlar yalnız bir mənbədən gələn ideyaları yenidən ifadə edirlər" - fikri ilə əsaslandıraraq özünü böyük müəllif kimi yox, sıravi dünyalı kimi, sadəcə daşıyıcı, gördüyünü, bildiyini, anladığını paylaşan biri kimi gördüyünü qeyd edir. Anlamaq və anlada bilmək bacarığı, görmək və göstərmək bacarığı isə hər insana nəsib olmur. Bu, İbrahim Nəbioğlunun özəlliyi, universallığı və unikallığıdır

Bütün elm adamları və gənclər üçün faydalı olan bu nəşrin davamını görmək ümidi ilə...

Surə SEYİD

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri