Icma.az
close
up
RU
İbtidai sinif müəllimlərinin YENİ PROBLEMİ

İbtidai sinif müəllimlərinin YENİ PROBLEMİ

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bu gün xüsusilə ibtidai sinif müəllimlərinin çətinlik çəkdikləri məsələlərdən biri də  məktəbə yeni başlayan azyaşlıların türkcə danışmasıdır. Belə ki, izlədikləri cizgi filmlərinə görə uşaqlar öz ana dillərindən çox türkcə danışır.

Bu da onların məktəb həyatlarında, sosial  mühitlərində çətinlik yaradır.

Məsələylə bağlı ibtidai sinif müəllimi Sevda Məmmədovanın fikirlərini öyrənib.

Müəllim bu problemin səbəblərindən, o cümlədən, həll yollarından danışıb:

“Təəssüflər olsun ki, belə hallar var. Bunun da səbəbi əksər hallarda valideynlərin diqqətsizliyi, övladları ilə az ünsiyyətdə  olmalarıdır. Hal-hazırda şagirdlərim 3-cü sinifdə oxuyurlar. 1-ci sinfə gələndə türk sözlərindən daha çox istifadə edirdilər. Biz müəllimlər valideynlərdən çox şagirdlərlə ünsiyyətdə oluruq və bunu aradan qaldırmaq üçün valideynlərlə yanaşı, şagirdlərin özləri ilə də iş aparırıq”.

Müəllim bu halın aradan qaldırılması ilə bağlı həll metodunu da açıqlayıb:

“Mən şagirdlərim hər dəfə belə sözlər işlədəndə iradımı bildirirəm və düzəliş edirəm. Hətta şagirdlər də özləri türk və ya qeyri dillərdə olan sözlər eşidəndə özləri səhvlərini düzəldirlər. Bu artıq adət halını alıb.

Bunu aradan qaldırmağın mühüm yollarından biri mütaliə etməkdir. Şagirdləri mütaliəyə cəlb etməliyik. Biz müəllim olaraq, şagirdlərə ilk növbədə öz dilimizi sevməyi, dilimizə hörmətlə yanaşmağı aşılamalıyıq. Həm şagirdlərlə, həm də valideynlərlə maarifləndirici söhbətlər aparmalıyıq. Bununla belə valideynlərə uşaqlarla daha çox vaxt keçirməli, onlarla daha çox ünsiyyətdə olmalarını tövsiyə edirəm.

Digər səbəblərindən biri isə Azərbaycanda uşaq televiziya kanallarının az olması və ya heç olmamasıdır”.//bizimmedia

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Yanvar 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri