Icma.az
close
up
RU
İbtidai sinif müəllimlərinin nəticələri niyə aşağıdır? Deputatdan TƏKLİF

İbtidai sinif müəllimlərinin nəticələri niyə aşağıdır? Deputatdan TƏKLİF

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində çıxışı zamanı ibtidai sinif müəllimlərinin sertifikasiyada digər fənn müəllimləri ilə müqayisədə daha aşağı nəticə topladığını bildirib.

Nazirin bu açıqlaması ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Xüsusən də ibtidai sinif müəllimlərinin hazırlıq səviyyəsi, onların üzləşdiyi çətinliklər və bunun kökündə duran səbəblər barədə bir sıra suallar gündəmə gəlib.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin “Diqqət Mərkəzi” verilişində səsləndirdiyi fikirlər, yəni ibtidai sinif müəllimlərinin sertifikasiyada daha aşağı nəticə göstərməsi təhsildəki mövcud problemlərin ümumi mənzərəsini göstərir.

“Lakin bu tendensiyanı bütün ibtidai sinif müəllimlərinə şamil etmək düzgün olmaz. Sertifikasiyada yüksək nəticə göstərən, metodik cəhətdən güclü, dərs prosesində müasir yanaşmaları tətbiq edən kifayət qədər ibtidai sinif müəllimimiz var. Bu fakt onu göstərir ki, məsələ müəllimlərin ümumi hazırlığında deyil, daha çox sistem daxilində imkanların bərabər olmaması, metodik dəstək və resurslarda fərqlərin olması ilə bağlıdır”.

Deputat vurğulayıb ki, ibtidai sinif müəllimlərinin bir hissəsinin aşağı nəticə göstərməsinin səbəbi ilk növbədə işin çoxşaxəli olmasındadır:

“İbtidai müəllim eyni anda dil, riyaziyyat, ətraf aləm, oxu, yazı, sosial davranış–demək olar ki, bir neçə fənni və pedaqoji istiqaməti tədris edir. Bu isə fənn müəllimlərinə nisbətən daha geniş bilik və metodik baza tələb edir. Hazırda sertifikasiya imtahanı da bu geniş spektri yoxladığı üçün, bəzi müəllimlər üçün çətinlik yaradır. Digər tərəfdən, illər əvvəl təhsil almış, metodik yeniliklərlə daim işləməyən və ya regionlarda resurs çatışmazlığı ilə üzləşən müəllimlər sertifikasiyada aşağı nəticə göstərə bilirlər. Bu, əlavə dəstəyə ehtiyac olduğunu göstərir”.

O, eyni zamanda əlavə edib ki, yüksək nəticə göstərən ibtidai müəllimlərin mövcudluğu sertifikasiya tələblərinə uyğunlaşmaq, habelə yeni kurikulum və müasir metodik yanaşmaları mənimsəməyin tamamilə mümkün olduğunu sübut edir:

“Deməli, problem fənnin spesifikliyində deyil, sistemin müəllimlərə eyni hazırlıq və inkişaf imkanlarını verə bilməməsindədir. Bu vəziyyəti komitə üzvü kimi belə şərh edərdim: sertifikasiya imtahanının nəticələri təhsil sistemində balanssızlığın göstəricisidir. Güclü ibtidai müəllimlər var və onların nəticələri yüksəkdir. Lakin bu peşəkarlığın ölkənin bütün məktəblərində eyni şəkildə təmin olunması üçün sistemli dəstək mexanizmləri gücləndirilməlidir. Sertifikasiya yalnız “keçid balı” ölçən imtahan yox, eyni zamanda müəllimin inkişaf yolunu müəyyən edən mexanizm olmalıdır”.

Elnarə Akimova sözügedən sahədə nəticələri yaxşılaşdırmaq üçün bir neçə addım təklif edib:

– ibtidai sinif müəllimləri üçün davamlı peşəkar inkişaf proqramları genişləndirilməli, real dərs prosesinə uyğun metodik təlimlər artırılmalıdır;

– region məktəblərində müəllim hazırlığı, resurs təminatı və metodik dəstək xüsusi şəkildə gücləndirilməlidir;

– yüksək nəticə göstərən ibtidai müəllimlərin təcrübələri mentorluq və treninq proqramları vasitəsilə digər müəllimlərə ötürülməlidir;

– sertifikasiya imtahanına hazırlıq üçün sistemli, pulsuz və davamlı dəstək platforması yaradılmalıdır;

– zəif nəticə göstərən müəllimlər üçün fərdi inkişaf planı hazırlanmalı, müəyyən müddət ərzində onları peşəkar baxımdan gücləndirən xüsusi proqramlar tətbiq edilməlidir.

Yekun olaraq deputat qeyd edib ki, ibtidai müəllimlərin bir hissəsinin aşağı nəticə göstərməsi ümumi bir qiymət deyil, sistemdəki fərqliliklərin nəticəsidir. Onun sözlərinə görə, yüksək göstəricili ibtidai müəllimlərin olması isə göstərir ki, doğru dəstək, düzgün hazırlıq və bərabər imkanlarla bütün müəllimlər bu səviyyəyə çata bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri