İbtidai sinif üçün vəsaitdə tükürpərdən tapşırıq: Atam həyətdə... FOTOLAR
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Bir işıq” adlı dərs vəsaitində testlərdən biri narazılığa səbəb olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, çox sayda müəllim bu vəsaitdən istifadə edərək şagirdləri 2-ci sinif üzrə kiçik summativ qiymətləndirməyə (KSQ) hazırlayır.
Narazılığa səbəb olan tapşırığın şərtində “Atam həyətdə … doğrayır” cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş “odun” və “adam” sözlərindən biri ilə doldurmaq tələb olunur.
“Adam” variantı şagirdlərin şüuraltında qatil psixologiyasını formalaşdırmağa yaradığı üçün valideynlər bu tapşırığı birmənalı qarşılamayıblar. Bəs görəsən, Azərbaycan dilində başqa söz yoxdurmu? Niyə məhz “adam”?
Sözügedən test tapşırığının 114 saylı məktəbdə 1-ci sinif şagirdlərinə təqdim olunduğu bildirilir. Lakin bu vəsaiti çox sayda müəllim istifadə etdiyi üçün söhbətin geniş arealı əhatə etdiyi məlum olur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















