İcazə şərtlərini pozmaqla yerin təkindən istifadə edən Transtradelə bağlı qərar verildi
"Transtrade" MMC cərimələnib.
Pravda.az-ın xəbərinə görə, qərar Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Şirkətin qanuni təmsilçisi Anar Əlovsət oğlu Maqsudovdur.
Xəyal Quliyev
Baxış sayı:91
Mənbə:https://pravda.az