İcbari Tibbi Sığorta Agentliyi son üç ilin maliyyə hesabatlarını açıqlamayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İcbari Tibbi Sığorta Agentliyi son üç ilin maliyyə hesabatlarını açıqlamayıb.
"APA-Economics" xəbər verir ki, Agentliyin dərc etdiyi sonuncu maliyyə hesabatı 2021-ci ilə aiddir. Bu isə o deməkdir ki, “Mühasibat uçotu haqqında” Qanunun 12-ci və 13-cü maddələrinin tələbləri pozulub.
Sözügedən maddələrə əsasən, dövlət büdcəsindən maliyyələşən qurumların illik maliyyə hesabatları ictimaiyyət üçün açıq olmalı və müəyyən olunmuş qaydada açıqlanmalıdır. Qanun tələblərinin pozulması dövlət təşkilatı və onun vəzifəli şəxsləri qarşısından İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır.
Hesabatların açıqlanmaması həmçinin dövlət qurumu üçün şəffaflıq və etimad itkisinə səbəb olur. Beynəlxalq hesabatlılıq (INTOSAI, IMF, Dünya Bankı) çərçivəsində bu hal maliyyə intizamının pozulması kimi qiymətləndirilir.
Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamalarına başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















