Icma.az
close
up
RU
İçərişəhər qoruğundan sahibkarın iddialarına Cavab

İçərişəhər qoruğundan sahibkarın iddialarına Cavab

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində fəaliyyət göstərən bir neçə restoranın icarədarı Abbas Nəcəflinin iddialarına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, idarənin açıqlamasında deyilir:

“İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas prioritetlərindən biri tarixi şəhərdə göstərilən bütün xidmətlərin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi və ziyarətçilər üçün yüksək standartlara cavab verən xidmət mühitinin formalaşdırılmasıdır. Bu məqsədlə Qoruq ərazisində fəaliyyət göstərən restoranlar, otellər, muzeylər, ticarət və digər xidmət obyektlərinin fəaliyyəti mütəmadi monitorinq olunur, xidmət keyfiyyəti qiymətləndirilir və vahid standartların tətbiqi təmin edilir.

Hazırda Qoruq İdarəsi xidmət keyfiyyətinin yüksəldilməsi üzrə kompleks proqram həyata keçirir. Bu proqram xidmət standartlarının təkmilləşdirilməsini, müasir idarəetmə yanaşmalarının tətbiqini, yeni konsepsiyaların təşviqini, peşəkar və tanınmış xidmət brendlərinin İçərişəhərə cəlb edilməsini, ziyarətçi məmnuniyyətinin artırılmasını və tarixi şəhərin beynəlxalq turizm məkanı kimi rəqabət qabiliyyətinin daha da gücləndirilməsini nəzərdə tutur.

Aparılan monitorinqlər nəticəsində icarəyə verilmiş obyektlərdən biri üzrə bağlanmış müqavilənin icrasında ciddi pozuntular müəyyən edilmişdir. Monitorinqlər zamanı sanitar-gigiyenik tələblərə uyğun olmayan hallar, xidmət keyfiyyəti ilə bağlı çoxsaylı iradlar, icarə haqqının uzun müddət ödənilməməsi, habelə İçərişəhərin qala divarlarına bitişik ərazidə tarixi abidənin qorunmasına böyük risk yaradan qanunsuz müdaxilə halları və tarixi mühitin estetik görünüşünə uyğun olmayan vəziyyət müəyyən edilmişdir. Bununla yanaşı, icarəçi tərəfindən kommunal ödənişlərin vaxtında icra edilməməsi nəticəsində gecikmələr yaranmış və bununla da digər qurumlar qarşısında əhəmiyyətli məbləğdə maliyyə öhdəlikləri toplanmışdır. Qeyd olunan faktlar foto və digər materiallarla sənədləşdirilmişdir.

Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə icarəçiyə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt və imkan yaradılmışdır. Lakin görülmüş tədbirlərə baxmayaraq, pozuntular aradan qaldırılmamış, icarə haqqı üzrə öhdəliklər yerinə yetirilməmiş və müqavilə şərtlərinə əməl olunmamışdır. Nəticə etibarilə, qüvvədə olan qanunvericiliyə və bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq icarə müqaviləsinə xitam verilmişdir.

Qeyd etmək istərdik ki, müqavilə öhdəliklərinin sistemli şəkildə yerinə yetirilməməsi və müəyyən edilmiş nöqsanların aradan qaldırılmaması Qoruq İdarəsinin ərazidə vahid xidmət standartlarının formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətlə uzlaşmır və bu istiqamətdə görülən işlərə maneə yaradır.

İctimaiyyətdə bu məsələ ilə bağlı müxtəlif iddialar səsləndirən şəxsə münasibətdə bildiririk ki, həmin şəxs sözügedən icarə müqaviləsinin tərəfi deyildir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə onun arasında hər hansı müqavilə və ya digər hüquqi münasibətlər mövcud deyil. Bu səbəbdən səsləndirilən iddialar Qoruq İdarəsi ilə bağlanmış müqavilə münasibətlərini əks etdirmir.

İçərişəhərdə fəaliyyət göstərmək hər bir sahibkar üçün yalnız biznes imkanı deyil, həm də bu unikal tarixi irsin qorunmasına, şəhərin estetik görünüşünə və ziyarətçilərin məmnunluğuna görə məsuliyyətdir. Qoruq ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərinə münasibətdə eyni tələblər və eyni yanaşma tətbiq olunur. Müqavilə öhdəliklərini vicdanla yerinə yetirən sahibkarlar Qoruq İdarəsinin etibarlı tərəfdaşlarıdır və onların fəaliyyətinin inkişafı hər zaman dəstəklənir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bundan sonra da tarixi irsin qorunması ilə yanaşı, xidmət keyfiyyətinin davamlı yüksəldilməsi, məsuliyyətli sahibkarlıq mühitinin formalaşdırılması və İçərişəhərin dünyanın nüfuzlu tarixi şəhərləri sırasında mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcəkdir”.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri