Icma.az
close
up
RU
Qarabağ veteranı icra başçısından şikayətçidir Rəsmi açıqlama

Qarabağ veteranı icra başçısından şikayətçidir Rəsmi açıqlama

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

44 günlük Qarabağ savaşının iştirakçısı Kamil Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan şikayətçidir. 

Müharibə veteranı Qaynarinfo-ya bildirib ki, müharibədən qayıtdıqdan sonra iş tapa bilmir. 

Ali təhsilli və peşəkar idmançı olan Kamil Əzizovun sözlərinə görə, dəfələrlə iş üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin nəticəsi yoxdur:

"Əlbəttə deyilə bilər ki, niyə məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti? Yaxud elə başa düşülə bilər ki, mən icra başçısı Zakir Fərəcovdan vəzifə istəyirəm. Xeyr. Sadəcə şəhərin rəhbəri kimi iş üçün ona müraciət etmişəm. Bu məsələdə yardım göstərməsinin xahiş etmişəm. Mənə dövlət qulluğu imtahanından keçməyi tövsiyə ediblər. Əziyyət çəkib, hazırlaşıb imtahanı vermişəm. Amma indi məlum olur ki, bu sadəcə bəhanə, vaxt udmaq imiş".


Kamil Əzizovun sözlərinə görə, işsiz qaldığı üçün maddi sıxıntılar yaşayır. İmkansızlıqdan ailə də qura bilmir: 

"Yalnız "veteran pulu" ilə dolanmaq olmur axı. Mən ev, maşın istəmirəm. Sadəcə işləmək istəyirəm. Azərbaycan Texniki Universitetinin Cihazqayırma fakültəsini bitirmişəm. Bir neçə dildə sərbəst danışıram. Peşəkar idmançıyam. Amma mən iş tapa bilmirəm. Sanki kimlərsə məqsədli şəkildə bütün qapıları üzümə bağlayıb. Təsəvvür edin, dövlət qurumlarına 150-dən çox müraciət ünvanlamışam. Amma nəticəsi yoxdur".

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə Qaynarinfo-ya göndərilən açıqlamada Kamil Əzizovun dəfələrlə icra başçısı Zakir Fərəcov tərəfindən qəbul olunduğu bildirilib:

"Kamil Əzizova şəhər İcra Hakimiyyəti tərəfindən maddi yardım olunub, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan Küçə İşıqları İdarəsində mühəndis vəzifəsinə təyin olunub. Lakin sonradan öz istəyi ilə işdən çıxıb".

Kamil Əzizov isə qurumun açıqlamasının həqiqəti əks etdirdiyini bildirib: 

"Doğrudan da mənə iş veriblər. 650 manat maaş olub. Lakin bank maaşımın 50 faizini tutduğundan ərizə yazıb əmək haqqının artırılmasını, yaxud başqa işə keçirilməyimi istəmişəm. "Gözlə, gözlə" deyib yubatdılar. Mən də məcbur qalıb ərizə yazıb çıxdım. Bundan sonra da "gözlə" dedilər. Elə bu yaxınlarda da işlə bağlı şəxsən Zakir Fərəcovun özündən maraqlanmışam. "Gözlə" deyirlər. Əvvəlki işimə də bərpa etmirlər". 

Kamil Əzizov 2020-ci ilin sentyabr ayının 27-də torpaqlarımızın isğaldan azad olunmasi ugrunda gedən döyüslərə könüllü qoşulub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə "Vətən müharibəsi iştirakçısı”, ”Cəbrayılın azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə” medalları və digər mükafatlarla təltif olunub.

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri