İçərişəhər yaxınlığında kommunikasiya xətləri köçürülür
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bakı metrosunun "İçərişəhər" stansiyasının yaxınlığında planlaşdırılan dönmə kamerasının inşası üzrə mühüm mərhələ icra olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır: "Bu proses yaşayış binalarına, obyektlərə və mövcud infrastruktura zərər vurulmaması üçün xüsusi nəzarət altında həyata keçirilir".
B. Məmmədov qeyd edib ki, ərazidə əvvəlcədən geoloji kəşfiyyat işləri görülüb, aidiyyəti qurumların iştirakı ilə baxış keçirilib. İndiyədək hər hansı fövqəladə hal qeydə alınmayıb, QSC-nin mətbuat katibi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 20 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















