Icma.az
close
up
RU
İçərişəhərdə “ağıllı qoruq” konsepsiyası tətbiq olunacaq

İçərişəhərdə “ağıllı qoruq” konsepsiyası tətbiq olunacaq

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 iyul, AZƏRTAC

İçərişəhərdə yeni “ağıllı qoruq” konsepsiyasının hazırlanması üzərində iş aparılır. Bu konsepsiya ərazidə təhlükəsizlik, nəzarət, məlumatlandırma və ziyarətçi yönümlü xidmətlərin rəqəmsal həllər vasitəsilə təkmilləşdirilməsini nəzərdə tutur. Hazırda qarşımıza üç əsas hədəf qoymuşuq: müasir muzeyçilik yanaşmasının tətbiqi, universal əlçatanlığın təmin olunması və abidələrin təhlükəsizliyinin texnoloji əsaslarla gücləndirilməsi. Yeni texnologiyaların tətbiqi ilə həm tarixi irsi qoruya, həm də ziyarətçilərin təcrübəsini zənginləşdirə bilərik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsində bildirib.

R.Mahmud çıxışında tarixi qoruq ərazilərində abidələrin mühafizəsinin böyük maliyyə, texniki və inzibati resurslar tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, İçərişəhər kimi memarlıq baxımından unikal və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bir ərazidə tarixi irsin qorunması həm peşəkarlıq, həm də texnoloji yeniliklərə əsaslanan kompleks yanaşma tələb edir: “Tarixi abidələrin bərpası və qorunması yalnız fiziki işlərdən ibarət deyil. Əlilliyi olan şəxslər üçün keçidlərin təşkili, turizm axınının balanslaşdırılması və muzey infrastrukturunun yenilənməsi kimi məsələlər də bu prosesin tərkib hissəsidir. Muzeylərimiz müasir texnologiyalara uyğunlaşdırılmalı və ziyarətçilərin gözləntilərinə cavab verən təcrübə təqdim etməlidir”.

O həmçinin bildirib ki, İçərişəhərdə bir sıra bərpa layihələri artıq başa çatdırılıb. Hazırda XIX əsrə aid Qala "Bayraməli hamamı”nın bərpasına başlanılıb və yaxın müddətdə onun ilkin görünüşünün bərpası istiqamətində işlər intensivləşdiriləcək.

Sonra o qeyd edib ki, İçərişəhər yalnız tarix və mədəniyyətin deyil, həm də müasir şəhər idarəetmə modellərinin tətbiq olunduğu canlı irs məkanı olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri