Icma.az
close
up
RU
İcma ABŞ səfirliyinə səsləndi...

İcma ABŞ səfirliyinə səsləndi...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəsmi Vaşinqton Qərbi azərbaycanlıların qayıdışına niyə dəstək vermir?

QAİ Antoni Blinkeni məktuba cavab verməyə çağırıb

Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə  öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir. Bu baxımdan, bəzi Qərb dövlətləri, xüsusilə ABŞ “öndə” gedir.

ABŞ-ın ədalətsiz mövqeyi

Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil, həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğuran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir.

Ötən il Qarabağda antiterror tədbirləri nəticəsində erməni separatizminin kökü kəsildikdən sonra ABŞ tərəfindən ölkəmizə qarşı ədalətsiz addımlar daha da artıb. Həm Konqres, həm də Dövlət Departamenti səviyyəsində verilən bəyanatlar, keçirilən dinləmələr və s. bunun göstəricisidir. Eləcə də, Azərbaycanda keçirilən COP29 ərəfəsində və sonra da əsassız hücumlar olub. Bir neçə gün öncə isə ABŞ-ın ölkəmizdəki səfiri tərəfindən guya mediaya və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı fikirlər səsləndirilib. Həmçinin, bugünlərdə dövlət katibi Antoni Blinken Vaşinqtonda hansısa mükafatlar təqdim edərkən Azərbaycanı hədəfə alıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyib. “Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-ın bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”, -deyə qeyd olunub.

Səfir Libbi nəyi inkar edir?

Bunu ardınca ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi Vaşinqtonun Bakıya münasibətdə qeyri-dost münasibətini inkar edib. O, Azərbaycanın müstəqillik illəri ərzində iki ölkə arasındakı əməkdaşlığa yüksək qiymət verib və gələcək üçün onların böyük potensialını qeyd edib: “Azərbaycan əvəzsiz regional nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün yaxşı mövqedədir. Biz Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafına dəstək olmaq üçün, xüsusən də bu sektorlarda daha çox ticarət nümayəndəlikləri gətirməyi planlaşdırırıq”.

Lakin diplomat cəmiyyətimiz tərəfindən etiraz doğuran məsələlərə aydınlıq gətirməyib. Burada söhbət  ABŞ-da müxtəlif dairələrin erməni separatçılarına verdiyi dəstək, o cümlədən Qarabağ erməniləri ilə bağlı əsassız iddiaları, bütün bunların müqabilində Ermənistandan qovulmuş azərbaycanlıların  taleyi ilə susqunluğudur. ABŞ-ın ölkəmizdəki səfirliyi Ermənistanda azərbaycanlıların mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.

İcma ABŞ-ın mövqeyindən təəssüflənir

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda deyilir: “Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən media subyektlərinin sualını “aldadıcı” kimi dəyərləndirməklə ABŞ-ın hər zaman vurğuladığı “söz azadlığı”, “fikir müxtəlifliyi” prinsiplərinə, əslində, necə “hörmət bəslədiyi”ni nümayiş etdirib”. Qərbi Azərbaycan İcması ABŞ-ın Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edib. Bəyanatda diqqətə çatdırılır ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprelində ABŞ Dövlət katibi Antoni Blinkenə göndərilən məktuba bu günədək cavab verilməyib. Halbuki, ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-ın hazırkı administrasiyası “insan hüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.

İcma ABŞ-ın hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayıb və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən Dövlət katibi Antoni Blinkeni göndərilən məktuba cavab verməyə çağırıb. Bundan əlavə, regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin olunacağına dair gözlənti ifadə edilib.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see171

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see138

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see135

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see134

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see131

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see130

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see128

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see128

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see127

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see124

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri