Icma.az
close
up
RU
Rusiya çökür, Putin təşviş içində...

Rusiya çökür, Putin təşviş içində...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb mediası: “Putin öz rejimini gücləndirmək üçün düşmən axtarır- bu, Kremlin paranoyasını nümayiş etdirir”

Ukrayna ilə müharibənin yaratdığı iqtisadi problemlər və ictimai narazılıq Rusiya Prezidenti Vladimir Putinin mümkün çevriliş qorxularını daha da artırıb.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Qəzet qeyd edir ki, Putinin narahat olmaq üçün getdikcə artan səbəbləri var: Avropa İttifaqı və ABŞ yeni sanksiyalar tətbiq edir, biznes yüksək faiz dərəcələri ilə iflic vəziyyətindədir, dövlət borcu artır, bahalaşma sürətlənir və sair. Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov isə iqtisadiyyatın "tənəzzülün astanasında" olduğu barədə xəbərdarlıq edir. Hətta dövlət qurumu olan Rosstat belə etiraf edir ki, müharibənin əvvəlindən bəri inflyasiya artımı 40%-i keçib.

Maliyyə Nazirliyinin proqnozuna görə, Rusiyanın 2025-ci ildə büdcə kəsiri ÜDM-in 2,6%-nə və ya 5,7 trilyon rubla çata bilər. Bu, planlaşdırılan 0,5%-dən beş dəfə çoxdur və ən yüksək antirekorddur. Kəsiri ödəmək üçün hökumət vergiləri (2026-cı ildən ƏDV dərəcəsi 22%-ə qədər artacaq) və daxili borclanmanı kəskin şəkildə artırmağa məcburdur ki, bu da dövlət borcunu xeyli artıracaq. Hakimiyyət artıq büdcə kəsirini Milli Rifah Fondundakı vəsait hesabına bağlamağa da qorxur. Çünki zatən müharibədən əvvəl 10 trilyon rubl olan fondun vəsaiti 4,2 trilyon rubla qədər azalıb. 300 milyard dollara yaxın vəsait isə Qərb tərəfindən “dondurularaq”, faktiki Rusiyanın əlindən alınıb və hazırda hissə-hissə Ukraynaya verilməkdədir.

Neft gəlirləri azalır, Ukraynanın neft emalı zavodlarına zərbələri nəticəsində benzin və dizel həm bahalaşır, həm keyfiyyətini itirir, həm də əlçatmaz olur.

Harvard Universitetinin Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin əməkdaşı Kreyq Kennedinin sözlərinə görə, Rusiyada bank böhranı təhlükəsi də gözardı edilə bilməz. O, Rusiyada hərbi müəssisələrin borcunun 190 milyard dollara - ölkənin illik büdcəsinin təxminən 37%-nə bərabər olduğunu qeyd edir. Rusiya bankları cəbhə üçün istehsalı dəstəkləməkdən ötrü kifayət qədər zəmanət olmadan hərbi sənaye şirkətlərinə aktiv şəkildə kredit veriblər. İndi bu kreditlərin əhəmiyyətli hissəsi defolt riski altındadır. “Bloomberg”-in məlumatına görə, kreditləri yığa bilməyən bəzi böyük banklar Mərkəzi Bankdan kömək istəməyə başlayıblar.

Vəziyyət Çindən artan asılılıq və Qərb sanksiyaları ilə daha da ağırlaşır. ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Ukrayna münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən Rusiyanın ən böyük neft şirkətləri olan “Rosneft” və “Lukoil”-ə sanksiyalar tətbiq etdi. Bunun ardınca Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan idxalı azaltdı. Bu da Kremlin valyuta gəlirlərinin azalması ilə nəticələnəcək. Bununla bağlı qəzet yazır: "Üç il yarımdan sonra ilk dəfə olaraq Rusiya həqiqətən ağrını hiss edir və bu, Kremldə panika yaradır”.

Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin fəxri direktoru Angela Stent qeyd edir ki, Putinin yaxın ətrafı mövcud vəziyyətdən çıxış yolu axtarır. Bunun üçün müxalifəti nüfuzdan salmaqla "Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək" istiqamətində addımlar atılır. Bu isə daxili qeyri-sabitlik dövründə standart bir taktikadır.

Qeyd olunur ki, 14 oktyabrda FSB ölkədə "konstitusiya quruluşunu dəyişdirmək" məqsədi ilə "hakimiyyəti zorakılıqla ələ keçirmək" planı hazırladıqlarına görə keçmiş “Yukos” sahibi Mixail Xodorkovski və Müharibəyə Qarşı Komitənin 22 üzvünə qarşı cinayət işi açıb. Londonda mühacirətdə olan Xodorkovskinin özü ittihamları “müxalifəti qorxutmaq üçün hazırlanmış yalan” adlandırıb.

Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst isə deyir ki, "Bu, Kremlin paranoyasını nümayiş etdirir - Putin öz rejimini gücləndirmək üçün düşmən axtarır".

Qeyd edək ki, Putin real dövlət çevrilişi cəhdi ilə 2023-cü ilin iyununda üzləşib. Həmin vaxt “Vaqner” PMC-nin qurucusu Yevgeni Priqojin üsyana rəhbərlik edərək Müdafiə Nazirliyi ilə uzun müddətdir davam edən münaqişə bəhanəsi ilə Moskvaya doğru hərbi yürüşə başlamışdı. O günlərdə Putin hakimiyyətinin nə qədər çürük və zəif olduğu aydın göründü. Nə əhali, nə də siyasi isteblişment Putinin müdafiəsinə qalxmadı. Priqojini isə Rostov başda olmaqla, hərbi kolonun keçdiyi bütün şəhərlərdə böyük coşqu və dəstəklə qarşıladılar. Ona heç bir güc strukturu müqavimət göstərmədi. Lakin son anda o, planından imtina etdi və öz döyüşçülərinin Moskvaya doğru hərəkətini dayandırdı. Bundan bir neçə ay sonra isə Priqojin və yaxın adamlarının olduğu təyyarə partladıldı.

Hazırda Putin hakimiyyətinə qarşı hərbi müxalifət nəzərə çarpmasa da, böyük sosial narazılıq və iqtisadi problemlər heç də hərbi çevrilişdən az təhlükəli deyil. Cəbhədəki böyük itkilər qarşılığında “tısbağa sürətli irəliləyişi”, siyasi elita və biznes elitasının narazılığını, eləcə də Qərbin getdikcə daha da artan təzyiqlərini də bunun üzərinə gəlsək, Putinin çevrilişdən qorxması üçün doğrudan da kifayət qədər əsasının olduğunu söyləmək olar…

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri