Icma.az
close
up
RU
İçməli su problemi böyüyür: Çıxış yolu nədir?

İçməli su problemi böyüyür: Çıxış yolu nədir?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda son illər su təsərrüfatı ilə bağlı müxtəlif layihələr həyata keçirilsə də, əhalinin gündəlik həyatında üzləşdiyi su problemləri hələ də tam aradan qalxmayıb.

Vətəndaşlar xüsusilə suyun fasilələrlə verilməsindən və bəzi bölgələrdə su çatışmazlığından narazıdır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində çıxışında qeyd edib ki, 2030-cu ilə qədər ölkədə içməli suya olan tələbatın 90 faizi, kənd təsərrüfatı üçün suvarma tələbatının isə 95 faizi daha səmərəli şəkildə təmin ediləcək. 2040-cı ilə qədər isə həm içməli su, həm də suvarma üzrə tam əhatəliliyə nail olunacağı planlaşdırılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin verilən məlumata görə, hazırda ölkə əhalisinin 80 faizi su ilə təmin olunur. Yeni infrastruktur layihələrinin icrası isə bu göstəricini əhəmiyyətli dərəcədə artıracaq. Təkcə Bakı və Abşeron yarımadasında 2025-ci ilin ilk 7 ayında 7,62 km magistral su xətti, 19,65 km şəbəkə su xətti, 9,37 km su ev birləşməsi, 17,86 km kanalizasiya xətti, 5,39 km kanalizasiya ev birləşmələri xətləri, 4,22 km kanalizasiya kollektor xətti, 0,1 km mikrotunel xətti və 0,28 km yağış suyu xətləri çəkilib.

Azərbaycanda 2030-cu ilə qədər içməli suya olan tələbatın 90 faizinin ödənilməsi hədəflənsə də, bu gün reallıqda vəziyyət tam fərqlidir. Paytaxtdan ucqar kəndlərə qədər müxtəlif bölgələrdə su çatışmazlığı gündəlik problem olaraq qalmaqdadır. Bir zamanlar su təchizatı tam təmin olunmadığı üçün bina sakinləri çənlərdən istifadə edirdilər. Suyun fasilələrlə, hətta bəzi ərazilərdə həftələrlə suyun verilməməsi səbəbindən vətəndaşalar yenidən su çənlərinin damda quraşdırılmasını tələb edirlər.

Bəzi yaşayış binalarında içməli suyun fasiləsiz verilməməsindən sakinlər məcbur qalıb öz hesablarına su çənləri quraşdırmışdılar. Lakin bir müddət əvvəl kommunal xidmət nümayəndələri çənlərin söküləcəyini və su təminatının davamlı olacağını vəd etdilər. Buna baxmayaraq, həmin vədlərə əməl olunmayıb, su fasilələri davam edir və su təminatı hələ də mütəmadi deyil.

Vətəndaşlar bildirir ki, əvvəllər binaların həyətində və ya fərdi evlərin yanında quraşdırılmış su çənləri müəyyən qədər çıxış yolu təmin edirdi. Lakin bu imkanlar artıq demək olar ki, yoxdur.Bu səbəbdən insanlar qonşulardan su götürməyə və ya pulla su almağa məcbur olurlar. Su çənlərinin olmaması gündəlik həyatın ən sadə ehtiyaclarını belə çətinləşdirir, bir sıra problemlərin yaranmasına səbəb olur.

Müşahidələr göstərir ki, aidiyyəti qurumlar nə su çənlərinin təşkili, nə də bu sahədə uzunmüddətli həll yollarının tapılması ilə bağlı birbaşa iştirakda maraqlı deyillər. Sakinlərin müraciətləri çox vaxt cavabsız qalır, problem həll edilmir.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: su problem Zaur Mikayılov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri