Icma.az
close
up
RU
Saatlıda su problemi: Çıxış yolu nədir?

Saatlıda su problemi: Çıxış yolu nədir?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saatlı rayonunun Nurulu, Mirili, Muradalılı, Mürsəlli, Qaralar, Bəcirəvan və Şəmmədli kəndlərinin sakinləri su qıtlığından əziyyət çəkirlər. 

Sosial şəbəkələrdə yayımlanan görüntülər əsasən, yay mövsümünün əvvəlindən etibarən rayon sakinlərinin istifadə etdiyi suvarma kanallarına suyun verilməsi tamamilə dayandırılıb. Nəticədə, həyətyanı sahələrin, bağların və əkin sahələrinin suvarılması qeyri-mümkün olub.

Yerli sakinlər bildiriblər ki, su qıtlığı təkcə əkin sahələrinin suvarılmasına deyil, həm də içməli su təminatına və heyvandarlığa ciddi təsir göstərib. Onların sözlərinə görə, içməli suyu pulla almağa məcbur qalmaları ailə büdcəsinə əlavə yük yaradır. Marqarita pizza

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Yeni Sabah”a bildirib ki, isti aylarda su ehtiyatlarının azalmasının əsas səbəbi arasında  temperaturun yüksəlməsi ilə buxarlanmanın artması, çaylarda su səviyyəsinin aşağı düşməsi və quraqlığın güclənməsidir:

“Mil-Muğan iqtisadi rayonunun kənd təsərrüfatı baxımından ən mühüm rayonlarından biri olan Saatlı ölkənin su ehtiyatları baxımından həssas ərazilərindən biridir. Rayonun kənd təsərrüfatının əsasən suvarmaya söykənir. İqlimi qurudur və suvarma suyu böyük həcmdə xarici su mənbələrindən və hidrotexniki sistemlərdən asılıdır.

Bu amil rayonda su təminatını xüsusi əhəmiyyətli məsələyə çevirir. Saatlıda 60 min hektardan artıq suvarma sahəsinə xidmət göstərən sistem mövcuddur və bu 1400 kilometrdən çox suvarma kanalı və 2000-dən artıq hidrotexniki qurğunu əhatə edir.

Yay aylarında Saatlıda suya tələbat kəskin artır. Ümumən isti aylarda su ehtiyatlarının azalmasının əsas səbəbi arasında  temperaturun yüksəlməsi ilə buxarlanmanın artması, çaylarda su səviyyəsinin aşağı düşməsi və quraqlığın güclənməsidir. Temperaturun yüksəlməsi həm su hövzələrindən, həm də torpaq səthindən buxarlanmanı sürətləndirərək su itkisini artırır. Yağıntıların azalması və uzunmüddətli quraqlıq çayların su sərfinin aşağı düşməsinə, nəticədə suvarma üçün mövcud ehtiyatların azalmasına səbəb olur. Eyni zamanda, yay aylarında kənd təsərrüfatında suya tələbatın kəskin artması mövcud su resurslarına təzyiqi gücləndirir. Bu amillərin üst-üstə düşməsi isti mövsümdə su qıtlığının daha qabarıq hiss olunmasına gətirib çıxarır”.

Ekoloq əlavə edib ki, sözügedən bölgədə su ehtiyatlarının azalmasını yalnız mövsümi hesab etmək də düzgün olmaz:

“Saatlıda əkinçilik böyük ölçüdə suvarmadan asılıdır. Bölgədə pambıq, taxıl, yem bitkiləri, bostan-tərəvəz əkilir. Bölgədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün su əsas resurslardan biridir. Buna görə də suvarma suyunda yaranan hər hansı azalma təkcə fermerin gündəlik fəaliyyətinə deyil, bütövlükdə rayonun iqtisadi və sosial həyatına təsir göstərir. Amma sözügedən bölgədə su ehtiyatlarının azalmasını yalnız mövsümi hesab etmək də düzgün olmaz. Uzunmüddətli iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, transsərhəd çaylardan asılılıq, suvarma sistemlərində itkilər problemi daha da qabarıq üzə çıxarır.  Əsas çaylarımız olan Kür və Araz çaylarından yuxarı hövzələrdə sugötürmələrin çoxalması aşağı axında su resurslarının azalmasına səbəb olur.  Bu amil Kür-Araz hövzəsinin aşağı hissəsində yerləşən Saatlı kimi rayonlarda su təminatı ilə bağlı riskləri artırır.

Son illərdə Mil-Muğan iqtisadi rayonunda su çatışmazlığı məsələsi daha çox müzakirə olunur. “Yaşıl Dünya” iyul ayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Salyan və Saatlı rayonlarında su çatışmazlığı ilə bağlı fermerlərin iştirakı ilə ictimai müzakirə keçirib. Fermerləri dinlədik, problemlərini öyrəndik, yeni suvarma metodları ilə bağlı təşəbbüslərlə tanış olduq.

Müzakirələrdə xüsusilə kənd təsərrüfatında sudan daha səmərəli və qənaətlə istifadə olunmasının vacibliyi vurğulandı. Fermerlər müasir suvarma texnologiyaları, o cümlədən damcılı və yağmurlama suvarma sistemləri barədə məlumatlandırıldı. Bu üsulların su itkilərinin azaldılması, torpağın optimal nəmlik səviyyəsinin qorunması və məhsuldarlığın artırılmasında yaratdığı imkanlardan danışıldı”.

E.Cəfərli vurğulayıb ki, su qıtlığının getdikcə daha ciddi problemə çevrildiyi şəraitdə ənənəvi suvarma üsullarından müasir, resursa qənaət edən texnologiyalara keçid mühüm əhəmiyyət daşıyır:

“Qlobal istiləşmənin nəticələrinin yumşaldılması dövründə yaşayırıq. İndi hər kəs: əkinçi də, heyvandarlıqla məşğul olan da bilməlidir ki, artıq bolluq dövrü deyil. Hər damlanın qədrini bilməliyik. Hər kəs bilməlidir ki, su qıtlığının getdikcə daha ciddi problemə çevrildiyi şəraitdə ənənəvi suvarma üsullarından müasir, resursa qənaət edən texnologiyalara keçid mühüm əhəmiyyət daşıyır.

Saatlıda mövcud su ehtiyatlarını qorumaq üçün ilk növbədə suyun nəqlini daha səmərəli metodlara keçirmək lazımdır. Torpaq kanallarla nəqli zamanı sızma və buxarlanma nəticəsində su 40 faiz itkiyə məruz qalır. Yaxşı olar ki, su beton səthli kanallarla və ya plastik borularla daşınsın. Su tarlaya itkisiz çatdırılmalı, suvarma infrastrukturu yenilənməlidir. Suya qənaətin ən effektiv yollarından biri də müasir suvarma texnologiyalarının tətbiqidir. Ənənəvi selləmə suvarmadan imtina olunmalı, suyu birbaşa bitkinin kök zonasına çatdırmağa imkan verən damcılı suvarmaya keçilməlidir. Həmçinin yağmurlama sisteminin tətbiqi də qənaəttcildir. Bu metod suyun sahə üzrə daha bərabər paylanmasına şərait yaradır”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Avqust 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri