Icma.az
close
up
RU
İçməli su şəbəkəsi yenilənir 10 ayda 90 km dən çox xətt çəkilib

İçməli su şəbəkəsi yenilənir 10 ayda 90 km dən çox xətt çəkilib

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bakı şəhərində içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işləri aparılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, eyni zamanda müxtəlif rayon və küçələrdə (məsələn: Nərimanov, Suraxanı, Səbail və s.) su xətləri dəyişdirilib və ya yeni layihələr həyata keçirilib.

Bakı şəhərindən başqa Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində əhalinin su təchizatının yenidən qurulması layihəsi çərçivəsində şəbəkələrdə işlər aparılıb.

Yenilənmə və bərpa işləri, infrastrukturun modernləşdirilməsi əhalinin etibarlı su ilə təmin olunması, günün tələblərinə uyğunlaşdırılması baxımından vacibdir.

Xidmətdən verilən məlumata görə , Bakı və Abşeron yarımadası üzrə 2025-ci ilin 10 ayı ərzində 9.76 kilometr yeni magistral su xətti, 84.73 kilometr uzunluğunda su şəbəkələri çəkilib və ya yenilənib, 20.71 kilometrlik su ev birləşməsi verilib.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 oktyabr 2024-cü ildə  “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

"Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir sıra işlər icra edir. İnfrastukturun təmkilləşdirilməsi, yeni şəbəkələrin qurulması prioritet olduğu kimi alternativ su mənbələrinin araşdırılması da əsas hədəflərdəndir. Belə ki, bu istiqamətdə dəniz suyunun duzsuzlaşdırılması, süni yağış texologiyasının tətbiqi, yağış sularının toplanaraq yenidən istifadəyə cəlb edilməsi və s. kimi pilot layihələrin tətbiqi nəzərdə tutulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qarşıya qoyulan məqsədlərə uyğun olaraq su balansının və ekoloji tarazlığın qorunması, su ehtiyatlarından dayanıqlı şəkildə istifadənin təmin olunması məqsədilə kompleks tədbirləri ardıcıl şəkildə davam etdirir”,- qurumun məlumatında bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see193

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see141

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see138

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see125

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see125

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see124

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see122

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see121

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri