Icma.az
close
up
RU
Gəncədə 428 kilometr içməli, 380 kilometr tullantı su xətti çəkilib Videoreportaj

Gəncədə 428 kilometr içməli, 380 kilometr tullantı su xətti çəkilib Videoreportaj

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Gəncə şəhərində içməli su və tullantı su təchizatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. İşlər Beynəlxalq layihələr çərçivəsində və büdcə vəsaiti hesabına intensiv olaraq davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, Gəncə şəhərinin içməli su təchizatı 3 mənbədən təmin edilir: “Şəmkirçay su anbarından götürülən su Sutəmizləyici Qurğular Kompleksində təmizlənərək şəhərə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar, Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də şəhəri içməli su ilə təmin edir”.

Mətbuat katibi onu da vurğulayıb ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsi şəhərin içməli və tullantı su təchizatı, yağış sularının idarə olunması xidmətlərini həyata keçirir və 74 min abonentə xidmət göstərir.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində diametri 530 millimetrdən 820 millimetrə qədər müxtəlif ölçülü 58,2 kilometr magistral, diametri 110 millimetrdən 450 millimetrədək 309 kilometr içməli su xətti çəkilib.

21384 su sayğacı quraşdırılıb. Həcmi 21 min kubmetr olan 5 su anbarı tikilib, 6 min kubmetrlik su anbarının tikintisi üzrə isə işlər 50 faiz icra olunub.

Diametri 1600 millimetrə qədər müxtəlif ölçülü 324 kilometr kanalizasiya xətti çəkilərək abonent birləşmələri verilib. Sözügedən işlər beynəlxalq layihənin tələblərinə uyğun aparılıb. 

Büdcə vəsaiti hesabına isə diametri 450 millimetrədək 61 kilometr uzunluğunda müxtəlif ölçülü içməli su və 56 kilometr kanalizasiya şəbəkə xətti çəkilərək abonent birləşmələri verilib. 

Gəncə şəhər sakinləri görülən işlər barədə razılıqlarını bildirirlər. Şəhər sakini Suliddin Hüseynov intensiv yağışlar zamanı onların yaşadıqları ərazidə əvvəllər su yığıntılarının əmələ gəldiyini, tullantı su şəbəkələrində yüklənmələr olduğunu deyir. O qeyd edir ki, məskunlaşmanın artması magistral kanalizasiya borularının daha böyük diametrli xətlərlə əvəzlənməsi zərurəti yaradırdı: “İndi şükürlər olsun hər şey düzəlir. Əminik ki, işlər bitəndən sonra su təchizatında daha problem yaşamayacağıq”. 

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi layihəsi çərçivəsində 9396 ədəd sayğac quraşdırılıb. Sayğaclar abonentlərin su sərfiyyatını dəqiq ölçməyə, itkilərin və qeyri-şəffaflıq hallarının qarşısını almağa imkan verir. Layihə həmçinin su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, istifadəçilərin sərfiyyata uyğun ödəniş etməsinə şərait yaradır. 

Müasir tələblərə cavab verən infrastruktur yaradılır. Bu sistemin əsas tərkib hissəsini mərkəzi su anbarları təşkil edir. Hazırda Gəncə şəhərinin içməli su təchizatı 6 mərkəzi su anbarı vasitəsilə həyata keçirilir. Anbarlarda toplanan sular müvafiq qaydada təmizlənmə, dezinfeksiya və nəzarət proseslərindən keçdikdən sonra şəbəkələr vasitəsilə əhalinin istifadəsinə verilir.

Şəhərin bir hissəsinə verilən içməli su dörd min kubmetirlik anbardan ötürülür. 







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri