Icma.az
close
up
RU
Mingəçevirdə içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur VİDEOREPORTAJ

Mingəçevirdə içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur VİDEOREPORTAJ

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Layihəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirir.

Tribunainfo.az -ın məlumatına görə, xidmətin mətbuat katibi Ceyhun Musaoğlu açıqlamasında bildirib ki, Mingəçevir şəhər Sukanal İdarəsi hazırda 33 min 576 abonentə xidmət göstərir. Onun sözlərinə görə, xidmət sahəsinə içməli suyun paylanması, tullantı sularının sutəmizləyici qurğulara ötürülməsi, yağış sularının idarə olunması, həmçinin qanunsuz qoşulmalarla mübarizə daxildir:

“Texniki şərtlərə əsasən yeni abonent qoşulmaları həyata keçirilir, xətlər yenilənir, qəza halları aradan qaldırılır. Hazırda sayğaclaşma səviyyəsi 97 faizdir”.

Məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğu və 10 min kubmetrlik mərkəzi su anbarı istifadəyə verilib. Hazırda gün ərzində saatda 2500 kubmetr su təmizlənərək abonentlərə ötürülür. Suyun keyfiyyətinə nəzarət məqsədilə kompleksdə laboratoriya da fəaliyyət göstərir.

Mingəçevir şəhərində içməli su şəbəkəsinin uzunluğu 340 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 316,6 kilometrdir. Dövlət Proqramı çərçivəsində 210 kilometr yeni xətt çəkilib, 3 kanalizasiya stansiyası inşa olunub. Layihə üzrə Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65 min kubmetr olan yeni Çirkab Sutəmizləyici Qurğunun tikintisi nəzərdə tutulur.

Sukanal İdarəsinin məlumatına görə, şəhərdə hazırda su itkilərinin qarşısı əsas problemlərdən biridir. Cari ilin nəticələrinə görə su itkisi 54,5 faiz təşkil edir. Son üç ayda ikili xətlərdən istifadə ilə bağlı 94 cərimə aktı tərtib olunub. Eyni zamanda 273 ictimai bulaq fasiləsiz su ilə təmin edilir.

Ceyhun Musaoğlu qeyd edib ki, abonentlərin debitor borclarının azaldılması istiqamətində də reydlər keçirilir:

“Su borcu çox olan abonentlərin təminatı dayandırılır, ödəniş edildikdən sonra isə bərpa olunur. Əhali arasında suyun qənaətlə istifadəsi və vaxtında ödənişlərlə bağlı maarifləndirmə işləri aparılır”.

Mətbuat katibi xüsusilə yay aylarında su itkisinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib:

“Çox təəssüf ki, şəhərdə qeyri-qanuni qoşulmalar da var. Hər kəsi suyumuzun qədrini bilməyə, gələcək nəsillər üçün qorumağa çağırırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Avqust 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri