Icma.az
close
up
RU
ICPC Dünya Finalı çərçivəsində “Bebras” informatika və alqoritmik düşüncə müsabiqəsinin bağlanış mərasimi keçirilib

ICPC Dünya Finalı çərçivəsində “Bebras” informatika və alqoritmik düşüncə müsabiqəsinin bağlanış mərasimi keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalı çərçivəsində “Bebras” informatika və alqoritmik düşüncə müsabiqəsinin bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı, “Kibrit” MMC-nin dəstəyi ilə gerçəkləşib. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament müdiri Vüsalə Qurbanova, “Azercell” Telekommunikasiya Şirkətinin nümayəndəsi Zəhra Əsgərbəyli açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə 29 şagird müxtəlif dərəcəli diplom və mükafatlarla təltif olunub. Müsabiqənin nəticələrinə əsasən 12 nəfər birinci yeri, 11 nəfər ikinci yeri, 7 nəfər isə üçüncü yeri tutub.

Xatırladaq ki, müsabiqənin 2024-cü ilin dekabr ayında keçirilmiş onlayn təsnifat mərhələsində Azərbaycanın 69 bölgəsindən 376 ümumtəhsil məktəbinin 1–10-cu siniflərindən 17 min 564 iştirakçı mübarizə aparıb. Nəticədə 667 şagird yarımfinala vəsiqə qazanıb. 2025-ci il aprelin 12-də keçirilmiş yarımfinal mərhələsində isə 418 şagird iştirak edib və onlardan 100 nəfəri finala yüksəlib. İyunun 9-da keçirilmiş superfinalda 30 nəfər qalib müəyyən olunub.

“Bebras” müsabiqəsi şagirdlərdə alqoritmik düşüncə və riyazi məntiq bacarıqlarının inkişafına xidmət edir, onların gələcəkdə IT sahəsində uğurlu mütəxəssislər kimi formalaşmasına təkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri