Icma.az
close
up
RU
İcra başçılarının maaşı narazılıq doğurdu təklif

İcra başçılarının maaşı narazılıq doğurdu təklif

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda icra başçılarının maaşları ilə bağlı yeni müzakirələr başlayıb. Məsələni gündəmə gətirən ReAl Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərlinin açıqladığı rəqəmlər göstərir ki, icra hakimiyyəti rəhbərlərinin məvacibi bölgələr üzrə kəskin fərqlənir və kifayət qədər yüksəkdir.

Ekspertin təqdim etdiyi məlumatlara görə, Bakı şəhərinin icra başçısı 7650 manat maaş alır. Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 5625 manat, əhalisi 100 mindən çox olan rayonların rəhbərləri 4587 manat, 50-100 min nəfər arası əhalisi olan rayonlarda bu məbləğ 4225 manat, 50 minədək əhalisi olan rayonlarda isə 3837 manat təşkil edir. Bu məbləğlərdən əlavə 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və 1% siyasi partiyaya üzvlük haqqı tutulur.

Natiq Cəfərli bildirib ki, bu maaşlar 1 mart 2022-ci ildən etibarən ciddi şəkildə artırılıb. Onun sözlərinə görə, həmin tarixə qədər Bakı şəhərinin icra başçısının məvacibi cəmi 3060 manat idi. Kiçik rayonlarda isə fərq daha kəskin olub. Məsələn, Xızı rayonunda 2012-ci ildən fəaliyyət göstərən icra başçısı 2022-ci ilə qədər təxminən 1700 manat maaş alırdısa, hazırda tutulmalar çıxıldıqdan sonra onun aldığı məbləğ 3000 manata yaxınlaşır.

Ekspert hesab edir ki, icra hakimiyyəti sistemi artıq öz funksionallığını itirib və bu institut “köhnəlib”. Onun sözlərinə görə, icra başçılarının maaşının artırılması idarəetmədəki problemləri aradan qaldırmır, əksinə, cəmiyyətdə yeni suallar yaradır. Artıq sosial şəbəkələrdə əsas müzakirə mövzusu odur ki, yüksək maaş alan icra başçıları bu məvacibi doğruldurlar, yoxsa yox. Rayonlarda sosial problemlər qalmaqda davam edir: yolların bərbad vəziyyətdə olması, içməli su çatışmazlığı, işsizlik və kənd təsərrüfatının geriləməsi kimi məsələlər fonunda icra başçılarının aldıqları yüksək əməkhaqqı cəmiyyətdə narazılıq doğurur.

Ekspertlər bildirirlər ki, təkcə yüksək maaş korrupsiya və digər neqativ halların qarşısını almağa kifayət etmir. Son illərdə bir neçə icra başçısının rüşvət və mənimsəmə ittihamları ilə həbsi bunun bariz nümunəsidir. İdarəetmə modelinin seçkiyə əsaslanmaması, hesabatlılıq mexanizminin olmaması da korrupsiya riskini daha da artırır.

Məsələ ilə bağlı səslənən təkliflər daha ciddi islahatlara ehtiyac olduğunu göstərir. Ekspertlər hesab edir ki, icra hakimiyyəti strukturu ya tamamilə ləğv edilməli, ya da radikal şəkildə yenilənməlidir. İcra başçılarının maaşları ətrafında yaranan müzakirələr bir daha göstərdi ki, məsələ yalnız rəqəmlərdən ibarət deyil. Cəmiyyət daha effektiv, hesabatlı və korrupsiyadan uzaq idarəetmə tələb edir. Yüksək maaş isə bu sistemi, sadəcə, kosmetik şəkildə “yeni” göstərir, amma onu dəyişmir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirib ki, icra hakimiyyətləri institutu sovet dönəmindən qalıb və hazırkı dövrümüzdə özünü doğrultmur: “Biz zamanla icra başçıları barəsində cinayət işlərinin başlanması, həbs-qətimkan tədbirlərinin seçilməsi, onların məsuliyyətə cəlb edilməsi hallarının şahidi olmuşuq. Doğrudur, bu, təkcə icra başçılarına deyil, mərkəzi icra hakimiyyəti orqanlarına da aiddir. Mərkəzi icra hakimiyyəti orqanlarında rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsinin şahidi oluruq. Əgər bir insan qanunazidd əməllərə meyl edirsə, o, istənilən vəzifədə olarkən buna əl atacaq. Maaşlarının artırılması və digər dəyişikliklər bəzi icra başçılarının varlanma hərisliyinə təsir etməyəcək. Əgər sən icra başçısı təyin olunmusansa, əvvəlcədən bilirsən ki, maaşın 2000 və ya 3000 olacaq. Bu, səni qane etmirsə, heç kim səni o vəzifədə çalışmağa məcbur edə bilməz. İstəmirsənsə, istefa verib, vəzifədən çıxa bilərsən. Əgər işləyirsənsə, deməli, maaş şərtlərini və vəzifə öhdəliklərini qəbul edirsən”.

Onun sözlərinə görə, son zamanlar bir sıra icra başçılarının həbsinə şahid olduq: “Görünən odur ki, icra başçıları nəticə çıxarmaq istəmirlər. Onları hətta cinayət məsuliyyətinə cəlb olunmaq da çəkindirmir. Bir icra başçısı həbs olunursa, bu, digərlərinə də görk olmalı və onları doğru işləməyə vadar etməlidir. Əgər onlar öz əməllərini yenə də davam etdirirlərsə, bu halda düşünürəm ki, bu, ümumilikdə institutsional yanaşma prinsipini dəyişməyi zəruri edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri