Icma.az
close
up
RU
İcra başçılarının maaşı nə qədərdir?

İcra başçılarının maaşı nə qədərdir?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanda dövlət orqanlarının rəhbər vəzifəli şəxslərinin aylıq vəzifə maaşları artırılıb. 2026-cı il yanvarın 1-dən qüvvədə olan dəyişikliklərə əsasən, yerli icra hakimiyyəti başçılarının da əməkhaqqı yeni məbləğlərlə müəyyən edilib.
Demokrat.az Metbuat.az-a istinadən xəbər verir ki, qüvvədə olan qaydalara görə, icra başçılarının maaşı rəhbərlik etdikləri inzibati ərazinin statusuna uyğun diferensiallaşdırılıb.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının aylıq vəzifə maaşı 13 200 manat təşkil edir. Ölkənin ikinci və üçüncü böyük şəhərləri olan Gəncə və Sumqayıtın icra başçıları isə aylıq 9 900 manat vəzifə maaşı alırlar.
Azərbaycanın digər şəhər və rayonlarının, eləcə də şəhər rayonlarının icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşı 8 800 manat müəyyən edilib.
Son maaş artımları yalnız yerli icra hakimiyyəti orqanlarını deyil, mərkəzi icra hakimiyyəti rəhbərlərini də əhatə edib. Hazırda Baş nazirin birinci müavininin aylıq vəzifə maaşı 15 950 manat, Baş nazirin müavinlərinin maaşı 14 850 manat, nazirlərin maaşı 13 750 manat, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin maaşı isə 13 200 manat təşkil edir. Nazir müavinləri və digər rəhbər vəzifələr üzrə maaşlar isə 11 550-12 650 manat aralığında dəyişir.
Qeyd edək ki, maaşlar yalnız vəzifə maaşını əhatə edir. Qanunvericiliyə uyğun olaraq, dövlət qulluqçularına qulluq stajına, ixtisas dərəcəsinə, xüsusi şərtlərə və digər meyarlara görə əlavə ödənişlər də tətbiq oluna bilər. Bu səbəbdən bəzi hallarda faktiki aylıq gəlir vəzifə maaşından daha yüksək olur.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Avqust 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see280

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see263

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see262

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see252

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see231

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see226

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see202

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see199

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see193

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see193

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see187

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see184

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see184

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see183

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see178

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see178

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see173

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see170

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri