İcra başçısı ilə qalmaqalda olan QAZİ HƏBS OLUNDU TƏFƏRRÜAT
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir neçə gün əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilən 44 Günlük Vətən Müharibəsinin qazisi Ceyhun Ağayev dünən gecə saatlarında saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.
Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Onu da qeyd edək ki, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.
Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.
Qeyd edək ki, Ceyhun Ağayevin adı indiyədək bir neçə qalmaqallı olaylarda çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















