Arif Abbasov həbs olundu Şok təfərrüat
Icma.az, Axar.az saytına istinadən bildirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “5 saylı Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Arif Abbasov həbs edilib.
Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, idarə rəisinin həbsinə səbəb Mingəçevirdəki “Hasil” adlı restoranda baş verən dava-dalaş olub.
Belə ki, bir neçə nəfərlə şəxsi mübahisə edən Arif Abbasov avtomobilindəki silahla qarşıdakıları vurmağa cəhd edib. Lakin qarşı tərəfin cəld tərpənərək stəkanla ona zərbə endirməsi nəticəsində Arif Abbasov huşunu itirib.
Başından yaralanan Arif Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Mingəçevir Şəhər Məhkəməsi Arif Abbasov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Baxış sayı:92
Bu xəbər 11 Noyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















