Icma.az
close
up
RU
Qazi itə görə qonşusunu bıçaqladı TƏFƏRRÜAT

Qazi itə görə qonşusunu bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda 2000-ci il təvəllüdlü Mahir qonşusu Dadaşa (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mahir 2023-cü ilin fevralın 18-də, saat 20 radələrində özünə məxsus olan iti yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsinə çıxarıb və orada quraşdırılmış boruya bağlamaqla özü siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya gedib. Mağazadan qayıtdıqda itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyini görüb. O, iti açmış naməlum şəxsin ünvanına ucadan nalayiq sözlərlə söyüb. Az sonra həmin küçədə yaşayan Dadaş ona yaxınlaşaraq hansı səbəbdən ucadan söyüş söydüyünü soruşub.Bu zaman Mahir Dadaşa iti bağlayaraq getdiyini və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlanaraq söydüyünü deyib. Dadaş həyətdə ailə üzvlərinin olduğunu, onun söyüşünü eşitdiklərini deyib, ona öz iradını bildirib.
Mahir isə Dadaşın iradını qəbul edərək səhv etdiyini deyib və ondan üzr istəyib. Lakin Dadaş mübahisə edərək bir neçə ay əvvəl valideynləri arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə ona tərbiyəli olmasını deyib, yenidən irad bildirib. Bu zaman hadisə yerində olan qonşuları Elçin və Vüsal qardaşları onları ayırıblar. Bundan sonra Dadaş öz evinə tərəf gedib. Mahir isə yaxınlıqda yerləşən Vüsalgilin ataları Səmədə məxsus fermaya gedib. 
Lakin Dadaş Mahirlə başladığı mübahisənin bu şəkildə bitməsi ilə kifayətlənməyərək mübahisəni davam etdirmək məqsədi ilə təxminən 30 dəqiqə sonra tanışı ilə birlikdə fermaya gəlib və Mahiri yanına çağırıb. Bu zaman onların arasında mübahisə böyüyüb. Mahir özündə olan cib bıçağı ilə Dadaşın qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurub. 
Mahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, atası və anası ilə birlikdə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən evlərində yaşayırlar: “2020-ci ilin mart ayından 2022-ci ilin may ayınadək hərbi xidmətdə olmuşam. Vətən müharibəsinin iştirakçısıyam. Cəlilabad rayon sakini Dadaşı üç il olar ki, tanıyıram, onunla münasibətlərim yaxşı olub. Təxminən hadisədən on ay əvvəl mağazadan cib bıçağı almışam. Həmin bıçağı öz işlərim ilə əlaqədar olaraq üzərimdə saxlamışam. Yaşadığım evdə it saxlamışam və iti arada küçəyə buraxmışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin fevralın 18-də, saat 20 radələrində iti küçəyə çıxarıb və orada quraşdırılmış boruya bağlayıb: “Özüm isə siqaret almaq üçün mağazaya getdim. Qayıdan zaman itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyi gördüm. Həmin vaxt məhəllədə qonuşlarım Elçin və Vüsal dayanmışdılar. İtin ipini açan şəxsə əsəbiləşdim, iti açan naməlum şəxsin ünvanına ucadan söydüm. Az sonra qonşuluqda olan Dadaş evindən çıxaraq yanıma gəldi. Salamlaşdıqdan sonra məndən hansı səbəbdən ucadan söyüş söydüyümü soruşdu. Ona iti bağlayıb getdiyimi və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlandığımı bildirdim. Dadaş həyətdə ailə üzvlərinin olduğunu, söyüşü eşitdiklərini bildirdi. Mən isə səhv etdiyimi dedim, etdiyim hərəkətə görə ondan üzr istədim. Lakin Dadaş aqressiv danışmağa başladı, bir neçə ay əvvəl valideynlərim arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə mənə tərbiyəli olmağımı dedi. Elçin və Vüsal bizə müdaxilə edərək ayırdılar. Dadaş evinə tərəf getdi. Mən isə qonşuluqda yerləşən Elçin və Vüsalın atasının fermasının həyətinə getdim”. 
Mahir qeyd edib ki, təxminən 30 dəqiqə sonra bir nəfər adını bilmədiyi azyaşlı uşaq fermanın həyətinə girib və onu iki nəfər şəxsin çağırdığını deyib: “Mən həmin şəxsin Dadaş olduğunu güman etdim. Fermanın darvazasından çölə çıxan zaman Dadaşın tanışı İlkin ilə birlikdə dayandığını gördüm. Onlar məni yanlarına çağırdilar. Həmin şəxslərə yaxınlaşdıqdan sonra birlikdə küçənin başına tərəf hərəkət etməyə başladıq. Yolda olan zaman İlkin bizim aramızda yaranan mübahisəni həll etmək lazım olduğunu bildirdi. İlkinə etdiyim hərəkətə görə Dadaşdan üzr istədiyimi bildirdim. İlkin Dadaşa tərəf dönərək narazılığının olub-olmadığını soruşdu. Dadaş isə cavabında isə dedi ki, əgər xoşuna gəlirsə, get evinə orada anana və var-yoxuna həmin söyüşləri söy. Sonra sinəmdən əli ilə itələyək çənə nahiyəmdən yumruqla zərbə endirdi. Dadaşın söydüyü söyüşləri qəbul edə bilmədim. Əynimdə olan şalvarın sağ yan cibimdən çıxardığım bıçaqla onun qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurdum. Bundan sonra Dadaş yaxamı buraxdı və qışqıraraq “vurdu məni” -deyərək uzaqlaşdı. Mən evimə tərəf geri qayıtdım. Həmin vaxt Elçin və Vüsalın hadisə yerinə tərəf qaçaraq gəldiyini gördüm. İlkin isə taksi çağıraraq Dadaşı Cəlilabad rayon mərkəzi xəstəxanasına apardı. Mən isə yaşadığım evə tərəf getdim. Darvazanın yanında dayanaraq polis əməkdaşlarının gəlməsini gözlədim”. 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahirin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən həmin məcəlləsinin  126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. 
O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi üzrə bəraət verilib. 
Hökmdən narazı təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib. 
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri