Icma.az
close
up
RU
İCRA BAŞÇISI TAPŞIRIQ VERDİ Kİ, MƏNƏ KÖMƏKLİK OLUNSUN, YERİNƏ YETİRİLMƏDİ Goranboy sakini Dövlət Məşğulluq Agentliyinin rəhbərindən şikayətçidir

İCRA BAŞÇISI TAPŞIRIQ VERDİ Kİ, MƏNƏ KÖMƏKLİK OLUNSUN, YERİNƏ YETİRİLMƏDİ Goranboy sakini Dövlət Məşğulluq Agentliyinin rəhbərindən şikayətçidir

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboy rayonu, Təklə kənd sakini Əliyev Emin Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, maddi cəhətdən vəziyyəti zəifdir, heç bir qurumdan kömək ala bilmir:

“Mən, Əliyev Emin Tahir oğlu, yazaraq bildirim ki, 3-cü qrup əliləm. Ailəliyəm, 3 uşağım var.

2019-cu İldə heyvan almaq məqsədilə Goranboy rayonunun Özünəməşğulluq İdarəsinə qeydiyyata yazılmışdım. Çəkiliş gəldi, baxış keçirildi. Bundan sonra dəfələrlə müraciətlərimə cavab ala bilməmişəm.

09.02.2024-cü ildə idarədə Fərid müəllimin və İqbal müəllimin qəbulunda oldum. Onlar bildirdilər ki, sənə heyvan düşmür, səbəb isə əmək qabiliyyətinin olmamasıdır.

09-02-2024-cü ildə yoldaşım Mehtiyeva Aysel Vahid qızının adı ilə Goranboy rayonunun Özünəməşğulluq İdarəsinə müraciət etdik. Məqsədimimiz heyvan alıb, baxmaq idi. 1 ildir cavab verilməyib.

09-04-2025-ci ildə Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyevin də qəbulunda oldum. Məhərrəm müəllim Goranboy rayon Dövlət Məşğulluq Agentliyinin rəhbəri Anar müəllimə tapşırıq verdi ki, mənə köməklik göstərilsin. Lakin o, bu tapşırığı heçə saydı.

Dolana bilmirik, müraciətimə cavab almaq üçün mənə kömək etməyinizi xahiş edirəm". 

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinın Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Goranboy rayonu, Təhlə kənd sakini Əliyev Emin Tahir oğlunu müraciəti araşdırılıb: "Vətəndaşın üçüncü dərəcə əlilliyi mövcuddur və əmək qabiliyyətsizdir. Bu səbəbdən, onun həyat yoldaşı Mehdiyeva Aysel Vahid qızı 2024-cü ildə “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına qeydiyyata alınıb və hazırda növbədədir.

Qeyd edək ki, özünüməşğulluq proqramının hər bir mərhələsi növbəli qaydada icra olunur və bu qaydaya uyğun olaraq vətəndaşın növbəsi çatdıqda mütləq şəkildə ilkin monitorinqə və daha sonra təlimlərə cəlb ediləcək".

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri