İcra hakimiyyəti 173 minə iki su tankeri alır
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ordubad Rayon İcra Hakimiyyəti "Alfa Motors Company" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Axar.az Qaymarinfo.az-a istinadla xəbər verir ki, şirkət icra hakimiyyətinin kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Müqavilənin maliyyə dəyəri 173 000 manatdır. Qurum bu məbləğə iki ədəd su tankeri almağı planlaşdırır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Alfa Motors Company" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mehdi Pərvaz oğlu Xalıqovdur.
Araşdırmalarımız zamanı məlum olub ki, Mehdi Xalıqov "İnam Sığorta Agentliyi"nin rəhbəri olmuş Fərid Xalıqovun qardaşıdır. "İnam Sığorta Agentliyi" 2022-ci ildə ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 23 May 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















