Icma.az
close
up
RU
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? Qalmaqal + AÇQLAMALAR

İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? Qalmaqal + AÇQLAMALAR

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaradağ Rayon İcra Hakimiyyəti vaxtilə vətəndaşlara torpaq sahəsi ayrılması barədə verdiyi sərəncamları tanımaq istəmir. Belə ki, illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.

Mia.az-ın məlumatına görə, onun Bakupost.az -a bildirdiyinə görə,1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:

“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində, zibillik "gölü"nün üstündə torpaq verdilər. Mən dərhal həmin torpaq sahəsini hasara aldım. Hasarın şəkilləri var. Hətta peyk görüntülərində də açıq-aydın görünür”.

Şikayətçinin sözlərinə görə, son illərdə ətraf torpaq sahələrində ev tikintisi başlayanda o da ev tikmək istəyib. Lakin məlum olub ki, vaxtilə verilmiş sərəncam “unudulub”. Torpaq sahəsi rəsmi xəritədə qeyd edilmədiyindən problem yaranıb. Üstəlik, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşa məxsus hasarı dağıdıblar:

“Buna qədər düz 15 il İcra Hakimiyyətinə gedib-gəldim, torpaq sahəsinin plan-çizgisini tələb etdim, hər dəfə bir bəhanə ilə məni süründürdülər. O dövrdə ətrafda nə yaşayış var idi, nə də tikinti. Kommunal xətlərin olmaması da tikinti işlərini mümkünsüz etmişdi”.

Rauf Cəfərov bildirib ki, baş verən qanunsuzluqla bağlı Qaradağ rayonu icra başçısı müavininin qəbulunda olanda oxşar problemlə üzləşən digər şəxslərin də olduğunu öyrənib:

“Onlar açıq şəkildə bildirdilər ki, bu cür sənədi olan 58 ərazi sökülüb. Yəni, təkcə mənim deyil, onlarla vətəndaşın haqqı əlindən alınıb. Sual yaranır: Qaradağ rayonunda torpaq sahələri qurtardığı üçün əvvəlki sərəncamlar ləğv edilir və həmin torpaqlar yeni sərəncamlarla başqalarına paylanılır? Əgər belədirsə, bu, vətəndaşın qanuni hüquqlarının açıq-aşkar pozulması deməkdir. Mənim rəsmi sərəncamım var, amma icra orqanları bu sənədi tanımır, üstəlik qanunsuz şəkildə hasarımı sökürlər".

Məsələ ilə bağlı hüquqşünas Ayxan Məmmədli bildirib ki, vətəndaşın Qaradağ rayonunda qarşılaşdığı məsələ uzun illərdir mövcud olan torpaq bölgüsü problemlərinin bir nümunəsidir:

“Azərbaycan qanunvericiliyinə görə, vətəndaşa rəsmi sərəncam əsasında torpaq sahəsi ayrılıbsa, bu sənəd hüquqi qüvvəyə malikdir və icra olunmalıdır. Əgər hər hansı səbəbdən sərəncam ləğv ediləcəksə, bu yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslandırılmış qərarla mümkündür. İcra orqanlarının “xəritədə yoxdur” arqumenti ilə vətəndaşın sənədini tanımaması ciddi suallar doğurur. Çünki xəritələrin dəqiqləşdirilməsi və qeydiyyat işlərinin aparılması dövlətin öhdəliyidir.

Torpaq sahəsinin üzərində illər əvvəl çəkilmiş hasarın xəbərdarlıq edilmədən sökülməsi də narahatlıq yaradır. Mülkiyyət hüququnun qorunması Konstitusiya ilə təsbit olunub və vətəndaşın uzun illər əvvəl əldə etdiyi hüququn birdən-birə tanınmaması ədalətsizlikdir. Bu səbəbdən məsələnin şəffaf və qanuna uyğun şəkildə həll olunması vacibdir”.

Hüquqşünasın sözlərinə görə, belə hallarda vətəndaşın atacağı ilk addım yenidən rəsmi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmək, sərəncamın qüvvədə olduğunu təsdiqləyən cavab almaqdır:

“Əgər cavab qənaətbəxş olmazsa, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilə bilər. Daha sonra məsələni inzibati məhkəmədə qaldırmaq mümkündür. Məhkəmə həm sərəncamın tanınması, həm də söküntü nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar çıxara bilər".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu-a bildirdi ki, vaxtilə torpaq sahələrinin xəritəyə salınması ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adlanan qurum məşğul olurdu, artıq həmin qurum ləğv olunub. Hazırda bu işlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç vaxt torpaq sahələrinin xəritəyə salınması istiqamətində çalışmayıb”.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov isə qeyd etdi ki, bu məsələ ilə bağlı suallar yerli icra hakimiyyətinə ünvanlanmalıdır:

“Yəqin ki, icra hakimiyyətinin vətəndaşa verdiyi sərəncamın nüsxəsi arxivlərində yoxdur, yaxud da eskiz layihəsi təqdim edilməyib. Yaxud sənədin orijinallığı ilə bağlı şübhə ola bilər. Amma bu suallara yalnız icra hakimiyyəti cavab verə bilər. Bizlik məsələ yoxdur. Vətəndaş hələ son mərhələyə çatmayıb, çıxarış hüququnu əldə etməyib. Əlindəki sənədlərlə ASAN Xidmətə müraciət etsin, sənədlər yoxlanılacaq. Əgər problem aşkarlanmasa, çıxarış veriləcək”.

Məsələ ilə bağlı Milli Arxiv İdarəsinə də sorğu göndərdik. Qurumdan bildirildi ki, icra hakimiyyətlərinin sərəncam və qərarları əsasən, Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilir:

“Vətəndaş ASAN Xidmətdə Milli Arxiv pəncərəsində ərizə yazıb cavab ala bilər”.

Göründüyü kimi, əksər dövlət qurumları vətəndaşın üzləşdiyi problemin Qaradağ Rayon İcra Hakimiyyətindən qaynaqlandığını və bütün suallara da onların aydınlıq gətirməli olduğunu deyirlər. Qaradağ Rayon İcra Hakimiyyətindən isə rəsmi sorğumuzun araşdırılacağını və müvafiq qaydada cavab veriləcəyini bildirdilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri