Icma.az
close
up
RU
İcra hakimiyyətləri insan rifahına yönələn modelə keçməlidir” Deputat

İcra hakimiyyətləri insan rifahına yönələn modelə keçməlidir” Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Ölkə Prezidenti cənab İlham Əliyevin yeni təyin olunan icra başçıları ilə görüşündə səsləndirdiyi mesajlar dövlət idarəçiliyində yeni mərhələnin konturlarını müəyyənləşdirərək bütün istiqamətləri artan templə yekun məqsədə – mərkəzi hədəfi İnsan, onun hüquqlarının təminatı olan icma, o cümlədən ailə məsələləri, qadın və uşaqların mənafeyinə xidmət edən yerli idarəetmə modelinin qurulmasına yönəldir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünün feysbuk hesabında yazıb.

"Prezidentin xalqa xidmət, şəffaflıq, məsuliyyət və təvazökarlıqla bağlı tapşırıqları yerli səviyyədə icra hakimiyyətlərinin fəaliyyətinə yeni nəfəs gətirir və sosial sahədə daha çevik, daha dəqiq koordinasiya olunan iş mexanizmlərinin formalaşdırılmasını tələb edir. Bu yanaşma şaquli və üfüqi resursların əlaqələndirilmiş şəkildə tətbiqi ilə icmaların sosial maraqlarının təmin olunmasını hədəfləyir.

Beləliklə həm dövlət strukturları arasında, həm də icra hakimiyyətləri ilə vətəndaş cəmiyyəti institutları, yerli ictimai birliklər, sosial xidmət təşkilatları arasında əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi aktuallaşır.

Prezidentin vurğuladığı şəffaflıq və nəticəyönümlülük prinsipləri ailə və uşaq rifahı sahəsində xidmətlərin əlçatanlığının artırılması, gender əsaslı ayrıseçkiliyin aradan qaldırılması, bərabər iştirakçılığa yol açan proqramların icrası vasitəsilə risk qruplarına erkən müdaxilə və sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi kimi sahələrdə daha peşəkar və sistemli yanaşmaları zəruri edir. 

Yerli İcra orqanlarının üzərinə düşən əsas vəzifələrdən birinin regional inkişaf proqramlarının sosial istiqamətlərdə daha səmərəli tətbiqi, qadınların məşğulluğu, uşaqların təhsili və sağlamlığı üçün yaradılan imkanların genişləndirilməsi, yeni sosial layihələrin təşkili və mövcud təşəbbüslərin gücləndirilməsidir. Bu, yerli səviyyədə sosial infrastrukturların – uşaq və qadın mərkəzlərinin, ictimai dəstək xidmətlərinin, psixoloji və hüquqi yardım mexanizmlərinin – daha funksional şəkildə fəaliyyət göstərməsini tələb edir. Prezidentin “xalqa yaxın olma, vətəndaşa münasibətdə prinsipiallıq və həssaslıq” kimi çağırışları icra hakimiyyətləri üçün administrativ tələb olmaqla yanaşı, həm də sosial məsuliyyət modelinə geniş yol acır. 

Xüsusilə ailə və uşaq məsələlərində məmur davranışının humanist, çevik və operativ olması, problemlərin birbaşa həyat tərzinə təsir vasitəsilə həllinin təmin edilməsini aktuallaşdırır.Bu çərçivədə yeni təyinatlar və onların qarşısında qoyulan vəzifələr dövlətin sosial sahədə güclü və dayanıqlı icma əsaslı idarəetmə modelinə keçid niyyətini gücləndirir.

Nəticədə Prezidentin görüşdə səsləndirdiyi mesajlar həm dövlət idarəçiliyinin yenilənməsi, həm də ailə rifahının prioritet sosial xətt kimi möhkəmləndirilməsi üçün strateji çərçivə yaradır. Şaquli və üfüqi koordinasiyanın gücləndirilməsi ilə yerli icra orqanlarının sosial layihələri daha səmərəli tətbiq etməsi, resursları daha düzgün bölüşdürməsi və ən əsası, hər idarəetmə addımını insanın rifahına yönəltməsi qarşıdakı dövrün əsas hədəflərindən biri kimi formalaşır.  Bu yanaşma ölkənin bütün bölgələrində dayanıqlı, inklüziv və insan mərkəzli icmaların qurulmasına xidmət edən yeni inkişaf mərhələsinin əsasını qoyur".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri