Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər DEPUTAT
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesləri geniş vüsət aldığı bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəyi əsas müzakirə mövzusudur.
Deputat Elman Məmmədov Modern.az-a bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda Prezidentin sərəncamı ilə xüsusi nümayəndəliklərin yaradılması bu ərazilərə aid əlavə komitə, komissiyanın yaradılmasına, eyni zamanda icra orqanının fəaliyyət göstərməsinə ehtiyac olmadığını göstərir:
Deputat qeyd edib ki, hazırda Qarabağda çox geniş miqyaslı işlər görülür və Prezidentin bu ərazilərə səfərləri həyata keçirilən işlərin real göstəricisidir:
“İnfrastrukturun yaradılması, yaşayış evlərinin və məscidlərin tikintisi, bərpası, iş yerlərinin açılması kimi bütün proseslərə xüsusi nümayəndəliklər nəzarət edir”.
Elman Məmmədovun sözlərinə görə, həm Qarabağda, həm də Şərqi Zəngəzurda əvvəldən mövcud olan icra hakimiyyətləri də fəaliyyət göstərir, lakin bu qurumlar hazırda əsasən fərqli istiqamətlər üzrə işləyirlər:
“İcra hakimiyyətləri bu gün əhalinin hələ Qarabağa köçməmiş hissəsi,- Bakı və digər rayonlarda yaşayan məcburi köçkünlərin problemləri ilə məşğul olur. Onların əsas missiyası Qarabağa köçəcək şəxslərin siyahısının hazırlanması, sosial vəziyyətlərinin öyrənilməsi, kimin daha tez köçəcəyinin müəyyənləşdirilməsidir”.
Deputat vurğulayıb ki, hazırda xüsusi nümayəndəliklər və icra hakimiyyətləri bir-birinin səlahiyyətlərinə müdaxilə etmədən fəaliyyət göstərir. Bununla belə, gələcəkdə idarəetmə modelində dəyişikliklər mümkündür.
“Cənab Prezidentin də qeyd etdiyi kimi, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli daha çevik, operativ və az məmur iştirakını tələb edən bir modeldir. Qarabağa tam köç prosesi başa çatdıqdan sonra həm xüsusi nümayəndəliklərin, həm də icra hakimiyyətlərinin fəaliyyətinin tənzimlənməsi zərurəti yarana bilər. Ola bilsin ki, həmin mərhələdən sonra icra hakimiyyətləri də ləğv edilsin. Bunu zaman göstərəcək”- deyə o sonda vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 24 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















