Icma.az
close
up
RU
İcra hakimiyyətləri ləğv olunacaq? Deputat DANIŞDI

İcra hakimiyyətləri ləğv olunacaq? Deputat DANIŞDI

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zaman-zaman deyilir ki, idarəetmədə müəyyən islahatlara, yenilənməyə getməyə ehtiyac var. Prezident İlham Əliyev öz çıxışlarından birində demişdi ki, icra hakimiyyətləri struktur olaraq Sovet dövründən qalma qurumdur, yenilənməlidir. Belə bir ənənə də var artıq. Bir neçə ildir Prezidentin səlahiyyətli nümayəndələri var və səmərəli fəaliyyət göstərirlər. Hazırda yalnız işğaldan azad olunan ərazilərə və Naxçıvana nümayəndə təyin olunub. Amma görünən budur ki, digər bölgələrə də Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, rayon icra hakimiyyətlərinin başçıları digər icra hakimlərinin həbslərindən dərs çıxarmırlar:

“Bir müddət öncə də icra hakimiyyəti başçıları ilə bağlı analoji vəziyyət gündəmə gəlmişdi. Onların arasında həbs olunan, cinayət məsuliyyətinə cəlb olunanlar var. "Gözü çıxan qardaşdan dərs çıxarmamaq" deyə bir misal var. Təəssüf ki, icra başçılarının cinayətlərinə görə həbs olunmasından digər icra başçıları dərs çıxarmır deyə, eyni hallar təkrarlanır.
Mən hesab edirəm ki, bu məsələ daha çox insan faktoru ilə əlaqəlidir. Biz ümumi deyə bilmərik ki, əgər bir icra başçısı bunu edirsə, deməli, digərləri də elədir. İcra etdiyi vəzifənin adından asılı olmayaraq, əgər cinayətə, qanundan kənar fəaliyyətə meyillidirsə, həmin şəxs onu edəcək. Vəzifəyə qoyulan şəxslər vicdanlı fəaliyyət göstərməyə borcludurlar”.
Qeyd edək ki, son olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri