Icma.az
close
up
RU
İcraçı direktor: Bolqarıstan Azərbaycan üçün Avropaya qaz tədarükündə “açar” ölkədir

İcraçı direktor: Bolqarıstan Azərbaycan üçün Avropaya qaz tədarükündə “açar” ölkədir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sofiya, 15 iyul, AZƏRTAC

Bolqarıstanın nüfuzlu “Epicenter.bg” xəbər portalı SOCAR-ın Balkan regionu üzrə icraçı direktoru Murad Heydərovun Bolqarıstanın milli televiziya kanalı BNR-a verdiyi müsahibəni yayıb.

AZƏRTAC xəbər verir ki, M.Heydərov Bolqarıstanı Azərbaycan qazının Avropaya çıxışı üçün “açar” ölkə kimi dəyərləndirib.

Onun sözlərinə görə, Yunanıstan–Bolqarıstan qaz interkonnektoru (IGB) vasitəsilə Azərbaycan qazı təkcə Bolqarıstana deyil, eyni zamanda Moldova, Ukrayna, Macarıstan, Serbiya və Şimali Makedoniyaya ötürülür. Bu isə Bolqarıstanın regional enerji mərkəzinə çevrilməsini sürətləndirir.

“Bolqarıstan Azərbaycanın “qaz diplomatiyası”nda yalnız tranzit ölkə deyil, strateji tərəfdaşdır. Bu tərəfdaşlıq təkcə iqtisadi deyil, həm də geosiyasi məna daşıyır və Cənub Qaz Dəhlizinin Avropada sabit enerji tədarükü baxımından əhəmiyyətini artırır”, - deyə M.Heydərov vurğulayıb.

İcraçı direktorun sözlərinə görə, SOCAR Bolqarıstan bazarında yalnız qaz tədarükçüsü kimi yox, həm də regional qaz layihələrinin təşəbbüskarı və investoru kimi çıxış edir: “Hazırda SOCAR Avropanın 10 ölkəsinə – o cümlədən Rumıniya, Yunanıstan, Serbiya və Macarıstana qaz ixrac edir və bu prosesin genişləndirilməsi planlaşdırılır. Bolqarıstanın yüksək səviyyəli interkonnektor şəbəkəsi və LNG terminallarına çıxışı ölkəni enerji logistikası baxımından strateji məkana çevirib. SOCAR bu imkanlardan yararlanaraq Cənub-Şərqi Avropanın qaz təhlükəsizliyində əsas rol oynamağı qarşısına məqsəd qoyub”.

Bildirilir ki, Azərbaycan qazının Avropaya ixracı Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq strategiyasına tam uyğun gəlir və Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir. Həmçinin, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın yalnız ticari deyil, həm də geosiyasi dəyərə malik olduğu vurğulanır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri