İcraçı direktor: Əldə etdiyimiz nəticələr artıq real icra mərhələsinə yönəldilməlidir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əldə etdiyimiz nəticələr artıq real icra mərhələsinə yönəldilməlidir. Biz konkret fəaliyyətə keçidin vacibliyini diktə edən mühüm bir mərhələyə qədəm qoymuşuq. Bu Forum da mahiyyəti etibarilə yalnız müzakirə platforması deyil, əməli fəaliyyətə çağırışla yekunlaşan bir prosesdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
Onun sözlərinə görə, inklüziv, güclü və dayanıqlı şəhərlərin qurulmasından danışarkən anlayırıq ki, zəruri bilik və təcrübə artıq mövcuddur, həll yolları müəyyən edilib:
"Bu gün əsas ehtiyac kollektiv iradənin ortaya qoyulmasıdır. Biz birlikdə qərara gəlməliyik ki, inklüziv, güclü və dayanıqlı şəhərlər konsepsiyası sadəcə vizion kimi qalmasın, real həyatda öz əksini tapsın".
A.Rossbax əlavə edib ki, bu istiqamətdə atacağımız addımlar milyonlarla insanın gələcəyinə təsir göstərəcək, qlobal urbanizasiyanın keyfiyyətini müəyyənləşdirəcəkdir:
"Bir daha iştirakınıza, dəstəyinizə və birgə fəaliyyət əzminizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm”.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 May 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















