Icma.az
close
up
RU
İcraçı direktor: Uğurla həyata keçirilən multikulturalizm siyasəti mühüm nəticələr verir

İcraçı direktor: Uğurla həyata keçirilən multikulturalizm siyasəti mühüm nəticələr verir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Talışların folkloru Azərbaycanın ümummilli ədəbi-mədəni irsinin ayrılmaz hissəsidir. Bu folklorun toplanması, tədqiqi və yeni nəsillərə ötürülməsi həm elmi, həm də ictimai baxımdan əhəmiyyətli bir vəzifədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq bu istiqamətdə fəaliyyət göstərən ziyalıların, elm adamlarının və folklor kollektivlərinin fəaliyyətini daim dəstəkləməyə davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaradıcısı olduğu “Əvəsor” folklor qrupunun 60 illik fəaliyyətinə həsr edilən “Talış folkloru konserti”ndə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan çoxəsrlik tarixə və zəngin mədəni irsə malik bir ölkə kimi, müxtəlif etnik icmaların harmonik şəkildə bir arada yaşadığı, multikultural ənənələrin yaşadıldığı və qorunduğu nadir coğrafiyalardan biridir. Bu xüsusda ölkəmizdə yaşayan bütün xalqların dili, mədəniyyəti və folkloruna xüsusi önəm verilir. “Uğurla həyata keçirilən multikulturalizm siyasəti bu sahədə mühüm nəticələr verir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində təşəkkül tapması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən strateji yanaşmasının nəticəsidir. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə yaşayan bütün etnik və dini qrupların mədəni hüquqlarının təmin olunmasına xidmət edir. Həmin siyasətin bariz nümunələrindən biri kimi bugünkü tədbir ölkəmizdəki mədəni müxtəlifliyin və zəngin irsin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə icraçı direktor vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri