“İctimai birliklərin qeydiyyatı qanunvericilik aktları ilə tənzimlənməlidir”
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Əmiraslanov ictimai birliklərin və təşkilatların qeydiyyatı məsələsinə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o vurğulayıb ki, bu məsələ müvafiq qanunvericilik aktlarının predmeti olmalıdır və qeydiyyatla bağlı məsuliyyətin sənəddə əks olunmasının məqsədəuyğunluğunu hüquqşünaslarla birgə qiymətləndirmək mümkündür.
Deputat həmçinin ölkədə ictimai iştirakçılıq prosedurlarının mövcud olduğunu, bütün dövlət orqanlarında ictimai şuraların fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti və ictimai birliklər bu şuralar vasitəsilə dövlət orqanları ilə hər hansı məsələni müzakirə etmək imkanına malikdir.
Azər Əmiraslanov əlavə edib ki, qanun layihəsindəki digər redaktə və terminologiya məsələləri işçi qaydada müzakirə edilə bilər və növbəti oxunuşda həmkarlar bu barədə məlumatlandırılacaq.
Mehman Mirzəzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















