Icma.az
close
up
RU
İctimai iqlimin anomaliyası

İctimai iqlimin anomaliyası

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Professor Niyazi Mehdinin vəfatı onu tanıyanları çox sarsıtdı. "Sevənlərini sarsıtdı" demirəm. Çünki onu tanıyanların hamısı Niyazi Mehdini sevirdi. Xüsusilə, dostları və tələbələri. Doğmaları isə, təbii ki, öz yerində.

Dünən Təzəpir məscidində Niyazi Mehdi üçün mərasim vardı. O mərasimdə Azərbaycanın azadlıqsevər, sayğıdəyər ziyalıarını gördüm. Tələbələrini gördüm. Çox adam vardı. Həm də çox dəyərli insanlar.

Bu, təkcə hüzr mərasimi yox, Niyazi Mehdinin Niyazi Mehdisiz ilk dost məclisi idi. Həm də məkanın imkan verdiyi qədər geniş tərkibdə. Ayrıca, mərasim zalının girişində Niyazi Mehdinin özünün yazdığı öz həyat hekayəsi - "Mən" olmağımın tarixçəsi" adlı kitabının nüsxələri düzülmüşdü. Mərasimə gələnlərə həmin memuarın bir nüsxəsi verilirdi.

"Qanun" nəşrlər evi, şəxsən Şahbaz Xuduoğlu çox sağ olsun! Çox nəcib bir ənənənin başlanğıcını qoyublar: dünyadan köçən ziyalının kitablarını ehsan kimi mərasimə gələnlərə payladılar. Mənə də bir nüsxə verdilər, o anda ürəyimdən bir arzu keçdi: "Kaş son günümdə mənim üçün də belə bir ehsan verilə". Aktyorları, rejissorları, musiqi ifaçılarını alqışlarla yola salmaq ənənəsi də çox yerindədir.

Ümumiyyətlə, başqa insanların, insanlığın həyatına zərif, qiymətli toxunuşlar etmiş hər kəsin son mənzilə alqışlarla uğurlanması yaxşı adətdir. Mütləq deyil ki, sənətçi olsun. O, lap çəkməçi də ola bilər, ədalətli hakim də ola bilər, yüksək səviyyəli həkim də, müəllim də, hətta siyasətçi də ola bilər. Amma professor Niyazi Mehdi kimi alimin, filosofun, fikir adamının hüzr, anım mərasimində onun kitabının olması ayrıca yerinə düşür. Bu yolla bəlkə insanlar bir-birinin kitabını oxuya. Heç olmasa, kitab müəllifinin ölümündən sonra.

Bu, əlbəttə, giley-güzar deyil; realııq belədir. Bir maraqlı deyim var: "Təbəssümünlə müdafiə olun, susqunluğunla hücum et, biganəliyinlə qalib gəl". Bu, düşmənçilik edənlər arasındakı münasibətlərə aiddir, təbii ki. Amma dostlar, həmkarlar arasında olan bağlar başqa davranış tələb edir. Ziyalıların ekstra məğlubiyyətə ehtiyacı yoxdur; ziyalılar obsuz da, Lev Tolstoyun təbirincə desək, taleyin məğlub elədiyi adamlardır. Ona görə ziyalıya biganəlik onu artıq məğlub etmir, öldürür.

Mən Niyazi Mehdinin həmkarları sayılan xeyli alimi bu məclisdə görə bilmədim. Mənim düşüncəmə görə, Niyazi Mehdiyə ehtiramını göstərmək üçün Elmlər Akademiyasının rəhbərləri olmalıydı bu məclisdə. Rektorlar gəlməliydi. (Kamal Abdulladan başqa rektor yoxdur bu ölkədə?! Niyə Kamal Abdulla gələ bilir bu ziyalı məclisinə, başqaları yox?!)

Elm və Təhsil Nazirliyindən, Mədəniyyət Nazirliyindən, Yazıçılar Birliyindən və sair qurumlardan rəsmi şəxslər gəlib iştirak etməliydi.

Bilirsiniz, bir nəhəng fikir adamı dünyadan köçür. Bu, elə-belə balaca məsələ deyil. Adi ölüm deyil e bu. Dünya fikrin üzərindədir; hər cür inkişaf proqressiv fikrin nəticəsidir. Ona görə də fikir adamlarının varlığında da, yoxluğunda da onlara xüsusi sayğı olmalıdır. Dəyər verilməlidir. Amma ...

Nə isə.

Əslində Niyazi Mehdi heç kimdən heç nə gözləmirdi də, istəmirdi də. Onu yaşadan içindəki ucsuz-bucaqsız azadlıq hissi idi. Elə öldürən də, yəqin ki, cəmiyyət miqyasında azadlıq həsrəti oldu. Fərd olaraq Niyazi Mehdinin, yaxud onun kimi başqa birisinin daxili azadlığı nə qədər qiymətli olsa da, itaətkar çoxluğun içində çox darıxır bu azadlıq.

İtaətkar demişkən, yenə o məsələyə qayıdıram. Bəzi insanlar "yuxarı"dan, ya da kənardan o qədər çox şeyin tapşırığını almağa öyrəşib ki, elə bilir hər şeyin tapşırığını almağa ehtiyac var.

Axı, məsələn, Milli Elmlər Akademiyasının prezidentinə kim tapşırıb ki, dünyadan köçən elm adamları arasında seçim eləsin: filankəs "özümüzünküdür", onun məclinə get, "özgə"ninkinə getmə.

Deyilməyib axı.

Elə nüanslar var, hətta "dağ boyda" akademiklər də dərk edə bilməyib.

Bilirsiniz, bəzi adamlar elə bilir, sərhədi hardan gəldi keçmək üçündür, bəzi adamlar da elə bilir ki, sərhəd heç yerdən keçməmək üçündür. Amma işin doğrusu budur: sərhəd qadağan olunmamış yerdən keçmək, qadağan olunmuş yerdən keçməmək üçündür. Bu, dövlətlərin də sərhədlərinə aiddir, insanların da. Nəticədə dövlət də insanlar deməkdir axı. Bir çox insanlar özü öz "sərhəd"lərini içəridən elə bərk-bərk bağlayıb oturub ki, istəyəndə heç özü də o qapalı dairədən çıxa bilmir. Ya da ən pisi: heç çıxmaq da istəmir.

...Yerji Koşinskinin "Boyalı quş" romanındakı epizodu xatırladım: dovşanları bağlı qəfəsdə o qədər uzun müddət saxlamışdılar, qəfəsin qapısı açıq qalanda da bayıra çıxmaqdan qorxurdular.

Bu qorxunun əslində daha dərin səbəbi var: o dovşanlar öz doğma mühitindən - vəhşi təbiətdən çoxdan və çox "dərindən" qopmuşdular. Yenidən doğma mühitə - təbiətə qayıtmaq onları qorxudurdu. Düşünürdülər: "Qəfəs məni təhlükədən qoruyur, yeməyim, suyum hazır gəlir. Təbiətə çıxsam, gərək özüm özümü həm qoruyam, həm də öz qidamı tapam. Ən yaxşısı elə yenə qəfəsin içində oturmaqdır". Amma bu dovşanlar anlamır ki, onun üçün ən təhlükəli yer elə bu qəfəsin özüdür; təbiətdə dovşan bəbirə, canavara, çaqqala rast gəlincəyə qədər təhlükəsiz yaşayır. Hətta bəlkə qaçıb canını qurtara da bilər. Qəfəsdə oturan dovşanın isə ömrü qəfəs sahibinin insafına və iştahına qalmış. Qəfəs dovşanı başa düşmür ki, bu "havayı" kələm, bu kök onu kökəltmək üçündür. Qəfəs yiyəsi istənilən an qəfəsdəkini bişirib yemək istəyə bilər. Dovşan bilmir ki, ən təhlükəlisi qabağına hazır gələn o kələmi, kökü itirmək deyil, azadlığı itirməkdir. Çünki ləyaqətli həyatın kökündə "havayı" gələn kök dayanmır, azadlıq dayanır.

Qısası: məsələ təkcə Niyazi Mehdinin hüzr mərasiminə gəlib-gəlməməkdə deyil, bütövlükdə ictimai iqlimdəki anomaliyalarda, ifrat dəyişmələrdədir.

Biz təbiətdə qlobal istiləşmədən qorxuruq. Ancaq əslində paralel bir proses də var: dünya boyunca insan cəmiyyətində - insanlar arasında qlobal soyuqlaşma, deyəsən, daha sürətlə irəliləyir. Bəşəriyyət daxilində bu dərəcədə "soyuqlaşma" olmasaydı, bu qədər "qaynar nöqtələr" - isti müharibələr də olmazdı. Bax, bu qlobal "soyuqlaşma" bizə də sirayət edib; bizi də bir-birimizə calayan tellər, birləşdirən bağlar, cəmiyyətin iç şəbəkəsi yavaş-yavaş (bəlkə də, əksinə, sürətlə) qopub dağılır.

Dünyadan gedən filosof dünyanın dəyəridir; bizimkidir, amma hamınındır. Çünki əsl fikir adamları hər gün doğulmur. Sağlığında da, yoxluğunda da qiymətini saxlayır.

Bir də əsl fikir adamı, əsl aydın hər gün doğulmadığı kimi, hər gün ölmür də. Dünyaya gələnin bir gün bütün mənalarda böyüyüb Niyazi Mehdi olacağını bilmirdik; kim olacağından xəbərimiz yox idi. Amma dünyadan gedəndə onun kim olduğunu bilirdik axı. Əslində kim olduğunu bildiyimiz insanlara - miqyaslı şəxsiyyətlərə son günündə də qiymət verməyəcəyiksə, onda biz özümüz kimik?!

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Mart 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri