İctimai nəqliyyatda QR kodla ödənişin müddəti niyə azaldılıb? RƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Bir neçə aydır “Bakıkart” tətbiqi işləmir. Sərnişinlər m10 elektron pulqabının “BakıKART” ilə əməkdaşlığı çərçivəsində Bakı və Abşeronun metro və avtobuslarında QR kod ilə ödəniş edə bilirlər. Lakin tətbiqdə gediş biletinin aktivolma müddəti beş dəqiqədən bir dəqiqəyə endirilib. Hazırda metro və avtobuslardakı sıxlığı nəzərə alsaq, avtobusa minmə halları bir dəqiqədən çox çəkə bilir və bu zaman biletin müddəti bitir. Bileti öncədən aktiv etmiş şəxslər ödənişi itirməmək üçün ictimai nəqliyyata sürətlə minməyə cəhd edirlər ki, bu da sıxlıq yaradır.
Bəs müddətin endirilməsinə səbəb nədir?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva deyib ki, hazlrda təkmilləşdirmə işləri aparılır:
“Təkmilləşdirmə işləri yeni problemlərin yaranmaması, insanların çətinlik çəkməməsi üçün aparılır. Bəzi xoşagəlməz hallar oldu, onun qarşısını almaq üçün bunu eləmişik. “Bakıkart”-ın özündə problemin olması da bizə əlavə çətinlik yaradır. Təkmilləşdirmədən sonra hər şey əvvəlki qaydasına dönəcək”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















