İctimai nəqliyyatda yeni mərhələ: “Sərnişindaşımada 2 300 dən çox avtobus...”
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, avtobusların sayının artırılması təklif edilir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Belə ki, Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, sərnişin tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10–20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havalar soyuq keçməsinə baxmayaraq “havasızlıq”la bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi təklif olunur.
Bəs bu qaydaların təkmilləşdirilməsi üçün hansı tədbirlər görülür?
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, hazırda avtobus parkının yenilənməsi və sayının artırılması prosesi gedir:
“Bu gün paytaxtda sərnişindaşımada 2 300-dən çox avtobus istismar edilir. Bu avtobusların əksəriyyəti ekoloji cəhətdən təmiz, komfortlu və “Avro-5” standartlarına uyğun nəqliyyat vasitələridir. Hazırda sərnişindaşıma sahəsində fəaliyyət göstərən bəzi özəl nəqliyyat şirkətləridə isə bu istiqamətdə işlər ləng gedir, amma il sonuna qədər onlar da bu məsələni həll edib yekunlaşdıracaqlar.
Eyni zamanda, ölkədə təkrarlanan və paralel marşrutların ləğvi də həyata keçirilir. İctimai nəqliyyatın avtobus seqmentinin metrostansiyalar və dəmiryol stansiyaları ilə inteqrasiyası da müşahidə olunur. Avtobus sayının artırılması üçün bir sıra addımlar atılıb və dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.
Müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar istifadəyə verilir və bunlarda gediş haqqı 60 qəpik təşkil edir. Müasir standartlara cavab verməyən avtobuslarda isə gediş haqqı 50 qəpik olaraq qalır. Bu hal sahibkarların həvəslənərək müasir texnologiyalara cavab verən yeni avtobuslar almalarına gətirib çıxarır.
Avtobus intervallarının azaldılması və sürücülərin peşəkarlıq səviyyəsinə nəzarəti hər şirkət özü həyata keçirir. İstər özəl şirkət, istərsə də dövlətə bağlı daşıyıcı şirkət olsun, fərq etmir. Daşıyıcı şirkətlərə dövlət qurumu nəzarət edir. Burada əsas məsuliyyət daşıyıcı şirkətlərin üzərinə düşür. Onlar çalışmalıdırlar ki, marşrutlara daha çox avtobus buraxsınlar”.
Onun sözlərinə görə, sərnişin sıxlığı və avtobusların dayanacaqlara gecikmə səbəbləri tıxaclardır:
“İlk növbədə avtobusların rahat hərəkət etməsi, yollarda tıxacda qalmaması təmin edilməlidir. Avtobusa minib-enmə qaydalarının təkmilləşdirilməsi üçün ola bilər ki, gələcəkdə avtobusun içərisinə daha bir ədəd “validator” (kart-ödəniş aparat) aparatı qoyulsun və ya nəzarətli “konduktor sistemi” təşkil edilsin”.
Ekspert qeyd edir ki, avtobuslarda havalandırma sistemi yay və qış rejiminə uyğun şəkildə təmin olunmalıdır. Necə ki, istilik sistemləri adi qaydada noyabr ayının 15-dən işə düşür və aprelin 15-dək istifadədə qalır, bu hal ictimai nəqliyyatda da tətbiq oluna bilər:
“İctimai nəqliyyatda marşrutlara buraxılan bütün nəqliyyat vasitələrinin – avtobusların həm isitmə, həm də soyutma sistemi olmalıdır və bu, məcburidir. Sürücü mövsüm nəzərə alınaraq isitmə və ya soyutma sistemini qoşmaqdan imtina edə bilməz”.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 04 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















